Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
18.08.2026, 10:25
Çoxtanrılığın bir işi yaxşı idi ki, tanrılar çox olanda öz bölgələrindən kənara çıxmazdılar. Şumerlilərin, assuriyalıların, yunanların, misirlilərin, fələstinlilərin və s. hərəsinin öz tanrıları vardı və heç biri iddia etmirdi ki, bizimkilər sizinkilərdən daha yaxşıdır.
Çoxtanrılıq dövründə savaşlar olurdusa da qız-gəlin üstündə, mal-qara uğrunda, arpa, buğda kisələrinə görə olurdu. Heç kim də bir-birinə demirdi ki, siz kafirsiniz, biz mömin, gəlin dalaşaq.
Tək tanrı dünyaya süvari olaraq gəldi, ata, dəvəyə minib dünyanın dörd bir tərəfinə çapdı, ona inanmayanları kafir elan edib öldürülməsini əmr etdi. İnsanları bir-birinə qarşı qoydu.
İnsanlara metafizik ayın-oyun uğrunda bir-birilərinə hücum etməyi tək tanrı öyrətdi. İnsanlıq nağdı qoyub nisyə uğrunda savaşmağa başladı.
Beş yüz il öncə avropalılar ayıldılar və anladılar ki, nağdı qoyub nisyə uğrunda savaşmağın heç bir mənası yoxdur, yenidən gerçək dünyaya qayıtdılar. Bu gün dünyada iki cəbhə var: nağd və nisyə uğrunda savaşanların cəbhəsi.
Bizdə bu cəbhələr cəmiyyəti ikiyə bölüb. Bir tərəfdə nağdı qoyub nisyə uğrunda savaşmağın mənasız olduğunu söyləyənlər dayanıb, digər tərəfdə "vur öldür, bizimki nisyədir ki nisyə" deyənlər.
Hətta mənə elə gəlir ki, o gün Masazırda araq üstündə düşən kütləvi dava da nisyə üstündə düşmüşdü; satan nağd istəmişdi, alan nisyə...
Aqşin Yenisey
23:49 / 13 Noyabr 2026
1
23:40 / 13 Noyabr 2026
41
23:28 / 13 Noyabr 2026
51
23:22 / 13 Noyabr 2026
64
23:17 / 13 Noyabr 2026
66
23:09 / 13 Noyabr 2026
74
23:05 / 13 Noyabr 2026
68
23:02 / 13 Noyabr 2026
72
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
83
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
92
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
494
21:43 / 13 Noyabr 2026
865
21:36 / 13 Noyabr 2026
98
21:29 / 13 Noyabr 2026
127
21:24 / 13 Noyabr 2026
200
21:03 / 13 Noyabr 2026
108
20:58 / 13 Noyabr 2026
121
20:50 / 13 Noyabr 2026
1174
20:41 / 13 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.