Gələn il pensiyalar belə artırılacaq - Deputat açıqladı
14 Noyabr 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
313
17.08.2026, 20:14
Azərbaycan Prezidentinin imzaladığı Fərmanla ölkədə “Dövlət auditi” informasiya sistemi (DAİS) yaradılacaq.
Oxu24.com xəbər verir ki, iqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni sistem rəqəmsal texnologiyalardan istifadə yolu ilə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini nəzərdə tutur: "Yeni sistemin yaradılmasında əsas məqsəd elektron kənar auditdən istifadə və dövlət vəsaitlərindən istifadə şəffaflığın daha da artırılmasıdır. Beynəlxalq qurumların və xüsusən də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) əsas tövsiyələrindən biri də informasiya texnologiyası auditinin aparılmasıdır. Bir sıra maliyyə məlumatlarının elektronlaşmaması və inteqrasiya olunmaması Hesablama Palatası tərəfindən bu audit növündən istifadə edilməsinə imkan vermirdi. Halbuki, İNTOSAİ da peşəkar inkişafda ənənəvi hüquqi, iqtisadi və mühasibat bilikləri çərçivəsindən kənara çıxmanı və elektron məlumatların emalını birmənalı şəkildə qeyd edir".
Deputat qeyd edib ki, DAİS birmənalı şəkildə dövlət vəsaitlərindən daha səmərəli istifadəni hədəfləyir və bu, Azərbaycanda informasiya texnologiyası auditinin tətbiqinə imkan verəcək: "2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analitik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bunun əsas səbəblərindən biri də inteqrasiya edilmiş elektron maliyyə sisteminin tam formalaşmamasıdır. Yeni sistemin yaradılması kənar maliyyə nəzarətini gücləndirəcək və bu da dövlət vəsaitlərindən istifadədə şəffaflığı artıracaq".
V.Bayramov əlavə edib ki, Hesablama Palatasının rəyinə görə, Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb: "Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir. Bu, dövlət satınalmalarının inteqrasiya edilmiş elektronlaşdırılmasını və süni intellektdən istifadəni daha da aktuallaşdırır".
Onun sözlərinə görə, yeni audit sisteminin formalaşması dövlət vəsaitlərinin istifadəsi səmərəliliyinin gücləndirilməsində yeni mərhələdir və bu, daha şəffaf və hesabatlı dövlət maliyyə sisteminin yaradılması deməkdir.
18:09 / 14 Noyabr 2026
8
18:06 / 14 Noyabr 2026
289
18:03 / 14 Noyabr 2026
26
17:18 / 14 Noyabr 2026
120
17:15 / 14 Noyabr 2026
90
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
143
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
278
15:25 / 14 Noyabr 2026
121
15:07 / 14 Noyabr 2026
254
15:05 / 14 Noyabr 2026
134
14:44 / 14 Noyabr 2026
171
14:31 / 14 Noyabr 2026
122
14:24 / 14 Noyabr 2026
691
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
114
13:50 / 14 Noyabr 2026
3024
13:48 / 14 Noyabr 2026
147
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
121
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.