"Hacıbala Abutalıbov reyd keçirdi, işçiləri yığıb apardılar" - AYB sədri
13 Noyabr 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
200
17.08.2026, 13:56
Sartra görə, intellektual birbaşa elmin özünü yaradan və onu təcrübədə sınayan şəxs deyil, bütün əldə olunan təcrübələrin insan həyatındakı zərərini və faydasını araşdıran, bunu cəmiyyətlə bölüşən şəxsdir.
İntellektaul, bir növ, elmin, bilginin peyğəmbəridir. İnsanlar alimdən fərqli olaraq, onu daş-qalaq edə-edə "sevirlər". Kütləvi nifrət intellektualın mükafatıdır.
Cəmiyyətimizin intellektualın missiyasını anlamayıb ondan alimlik tələb etməsi başa düşüləndir, amma alimlərimizin, cürbəcür ixtisaslar üzrə fəlsəfə doktoru rütbəsi almış qələmgəzdirənlərimizin bu tələblə çıxış etməsi onları ictimai şüurda ələmgəzdirənlərlə eyniləşdirir.
Bəli, son min il ərzində İran coğrafiyasında türk sülalələri hökmranlıq edib, sonra Gülüstan, Türkmənçay hadisələri yaşanıb, sonra respublika qurulub, dağılıb, yenidən qurulub. Tarixçi alimin işi bu dövrü araşdırmaqdır, nəticə çıxarmaq deyil. Nəticə çıxarmaq və o nəticəni gələcəyə daşımaq intellektualın işidir.
Çünki alim akademik çərçivədən kənara çıxa bilməz, əlindəki faktı şərh edə bilməz. O, aşkara çıxara bilər ki, sanskrit dili ilə yunan və latın dillərində söz kökləri eynidir, amma bu faktı qədim ari irqinin möcudluğu kimi şərh edə bilməz.
Faktı şərh etmək, ictimailəşdirmək intellektualın öhdəliyidir. Məsələn, Fazil Mustafa Səfəvi zehniyyətinin respublika düşüncəsinə daşınmasını ikincisinin gələcəyi üçün zərərli hesab edərkən, Sartrın dediyi işi görür.
Tarix üzrə fəlsəfə doktorları bunu tarixin inkarı kimi anlayıb, hərəsi əlinə bir kitab alaraq zərəri, faydanı düşünmədən alim instinktiylə şərhi faktla boğmağa tələsirlər. Nümunəyə baxaq:
Ortada uçuşan bir ifadə var: "Səfəvi faşizmi". Alimlər deyir ki, bu ifadəni işlətmək olmaz. Düz deyirlər, olmaz, amma kimə olmaz? O adama ki, o alimlik iddiasındadır. Belə bir iddiası olmayan intellektual isə dilinə akademik qandal vura bilməz. Cəmiyyət açıq düşünüb, azad danışmağı alimdən öyrənmir, intellektualdan öyrənir.
Bu gün ABŞ intellektaul mühitdə ən populyar ifadələrdən biri "feminazi"dir, yəni qadın faşizmi. Siz bu sözə amerikalı "Sosial elmlər üzrə fəlsəfə doktoru"nun kitabında rast gələ bilməzsiniz. Halbuki ictimai mühiti yönləndirən və faşizm səviyyəsinə qalxmış feminizmi ölkənin gələcəyinə təhdid kimi görən bir amerikalı intellektaul bu bir kəlmə ilə bütün sosioloqların kitablarından daha çox iş görür.
Sual yaranır; alimlər, ümumiyyətlə, danışmamalıdırmı? Danışmalıdır, amma sadəcə, bir intellektualı susdurmaq lazım gəldikdə yox.
Aqşin Yenisey
23:17 / 13 Noyabr 2026
1
23:09 / 13 Noyabr 2026
31
23:05 / 13 Noyabr 2026
48
23:02 / 13 Noyabr 2026
56
22:53 / 13 Noyabr 2026
71
22:49 / 13 Noyabr 2026
68
22:41 / 13 Noyabr 2026
68
22:36 / 13 Noyabr 2026
78
22:18 / 13 Noyabr 2026
77
22:13 / 13 Noyabr 2026
81
22:03 / 13 Noyabr 2026
359
21:43 / 13 Noyabr 2026
777
21:36 / 13 Noyabr 2026
93
21:29 / 13 Noyabr 2026
119
21:24 / 13 Noyabr 2026
95
21:03 / 13 Noyabr 2026
102
20:58 / 13 Noyabr 2026
113
20:50 / 13 Noyabr 2026
1115
20:41 / 13 Noyabr 2026
141
20:37 / 13 Noyabr 2026
114
20:35 / 13 Noyabr 2026
100
20:20 / 13 Noyabr 2026
116
20:09 / 13 Noyabr 2026
367
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.