Onlar varlanacaqlar
04 Oktyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
985
15.08.2026, 21:35
Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur.
Bəs belə bir dəyişiklik mümkündürmü və bununla bağlı qərar gözlənilirmi?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hər yeni tədris ili ərəfəsində bu mövzu gündəmə gəlir, lakin bununla bağlı indiyədək konkret qərar qəbul edilməyib:
"Belə bir dəyişiklik real olsaydı, məsələ əvvəlcədən ictimai müzakirəyə çıxarılıb müxtəlif dairələrin rəyləri öyrənilərdi. Ən azı indidən ictimai müzakirəyə çıxarılardı. Amma təəssüf ki, bu məsələ, yəqin ki, sosial şəbəkələrdə müzakirə olaraq qalacaq. Çünki tədris ilinin başlamasına artıq sayılı günlər qalıb".
Ekspert qeyd edib ki, dərslərin sentyabrın 15-dən sentyabrın 1-nə keçirilməsi sadəcə tarixin dəyişikliyi deyil, bütövlükdə tədris prosesinin strukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir.
"Ona görə də düşünmürəm ki, bu ən azı bu il üçün real olsun. Ola bilsin ki, növbəti illərdə bu məsələ yenidən gündəmə gələr. Lakin bunun üçün rəsmi müzakirələr aparılmalı və Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanmalıdır. Belə bir qərarın qüvvəyə minməsi üçün dövlət qurumlarının rəsmi qərarı, əmri və ya sərəncamı olmalıdır. Sosial şəbəkələrdə aparılan müzakirələr isə bunun üçün kifayət deyil. Hazırkı vəziyyətdə bu il dərslərin sentyabrın 15-dən əvvəl başlaması real görünmür".
News24.az məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, məktəblərin sentyabrın 1-də fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Agentlik bu cür məlumatlarla bağlı yalnız rəsmi mənbələrə istinad etməyi və yayılan xəbərlərin doğruluğunu həmin mənbələr üzərindən yoxlamağı tövsiyə edib.
21:07 / 04 Oktyabr 2026
28
20:53 / 04 Oktyabr 2026
47
20:43 / 04 Oktyabr 2026
46
20:21 / 04 Oktyabr 2026
50
20:06 / 04 Oktyabr 2026
81
19:55 / 04 Oktyabr 2026
61
19:44 / 04 Oktyabr 2026
177
19:23 / 04 Oktyabr 2026
65
19:16 / 04 Oktyabr 2026
110
19:09 / 04 Oktyabr 2026
100
18:44 / 04 Oktyabr 2026
92
18:34 / 04 Oktyabr 2026
71
17:50 / 04 Oktyabr 2026
95
17:45 / 04 Oktyabr 2026
89
17:35 / 04 Oktyabr 2026
93
17:30 / 04 Oktyabr 2026
601
17:23 / 04 Oktyabr 2026
503
17:20 / 04 Oktyabr 2026
65
16:58 / 04 Oktyabr 2026
3184
16:56 / 04 Oktyabr 2026
425
16:55 / 04 Oktyabr 2026
291
16:53 / 04 Oktyabr 2026
602
16:51 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.