Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9336
15.08.2026, 11:33
Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur.
Bəs belə bir dəyişiklik mümkündürmü və bununla bağlı qərar gözlənilirmi?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hər yeni tədris ili ərəfəsində bu mövzu gündəmə gəlir, lakin bununla bağlı indiyədək konkret qərar qəbul edilməyib:
“Belə bir dəyişiklik real olsaydı, məsələ əvvəlcədən ictimai müzakirəyə çıxarılıb müxtəlif dairələrin rəyləri öyrənilərdi. Ən azı indidən ictimai müzakirəyə çıxarılardı. Amma təəssüf ki, bu məsələ, yəqin ki, sosial şəbəkələrdə müzakirə olaraq qalacaq. Çünki tədris ilinin başlamasına artıq sayılı günlər qalıb”.
Ekspert qeyd edib ki, dərslərin sentyabrın 15-dən sentyabrın 1-nə keçirilməsi sadəcə tarixin dəyişikliyi deyil, bütövlükdə tədris prosesinin strukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir.
“Ona görə də düşünmürəm ki, bu ən azı bu il üçün real olsun. Ola bilsin ki, növbəti illərdə bu məsələ yenidən gündəmə gələr. Lakin bunun üçün rəsmi müzakirələr aparılmalı və Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanmalıdır. Belə bir qərarın qüvvəyə minməsi üçün dövlət qurumlarının rəsmi qərarı, əmri və ya sərəncamı olmalıdır. Sosial şəbəkələrdə aparılan müzakirələr isə bunun üçün kifayət deyil. Hazırkı vəziyyətdə bu il dərslərin sentyabrın 15-dən əvvəl başlaması real görünmür”.
News24.az məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, məktəblərin sentyabrın 1-də fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Agentlik bu cür məlumatlarla bağlı yalnız rəsmi mənbələrə istinad etməyi və yayılan xəbərlərin doğruluğunu həmin mənbələr üzərindən yoxlamağı tövsiyə edib.
22:25 / 21 Avqust 2026
1
22:11 / 21 Avqust 2026
33
21:57 / 21 Avqust 2026
47
21:30 / 21 Avqust 2026
50
20:56 / 21 Avqust 2026
58
20:52 / 21 Avqust 2026
59
20:14 / 21 Avqust 2026
71
19:42 / 21 Avqust 2026
88
19:21 / 21 Avqust 2026
87
19:08 / 21 Avqust 2026
154
18:46 / 21 Avqust 2026
95
18:41 / 21 Avqust 2026
74
18:33 / 21 Avqust 2026
91
18:20 / 21 Avqust 2026
72
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
94
17:45 / 21 Avqust 2026
118
17:30 / 21 Avqust 2026
98
17:10 / 21 Avqust 2026
129
17:00 / 21 Avqust 2026
84
16:58 / 21 Avqust 2026
95
16:46 / 21 Avqust 2026
87
16:32 / 21 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.