Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
230
14.08.2026, 13:08
Mədəniyyət və mentalitetin bir-birini dəstəkləməyən zidd anlayışlar olduğunu yazdığım cümlələrə iradlar gəldi ki, guya, mədəniyyət mentalitetin sütunları üzərində dayanmasa çox tez uçub-dağılar.
Oxu24.com xəbər verir ki,bunu yazıçı Aqşin Yenisey bildirib.
Mədəniyyətin sütunları bunlardır: elm, fəlsəfə, sənət və hüquq. Mentalitetdə elmi din, fəlsəfəni inanc, sənəti folklor, hüququ şəxsi vicdan əvəz edir.
Mədəniyyətin bütün sütunları aşağıda kitabaxanada birləşir. Mentalitetin isə kitabxanası yoxdur. Ölkəni ələk-vələk etsək, neçə evdə kitabxana olduğuna şahid ola bilərik?
Niyə bizim evlərdə kitabxana yoxdur? Çünki mentalitet əsaslı cəmiyyətik, kitabxanaya ehtiyacımız yoxdur. Universitetə şalvar qayışına soxduğu iki dəftərlə gedən toplumuq.
Biz mədəniyyəti mentalitetin üzərinə, yəni elmi dinin, fəlsəfəni inancın, sənəti folklorun, hüququ şəxsi vicdanın üzərinə inşa etmişik deyə dünyanın mədəniyyət bazarına çıxarmağa heç bir məhsulumuz yoxdur.
Çünki o bazara heç kim öz mentalitetini arabaya yükləyib gətirmir, hətta Markes, Morrison və s. mental mənşədən çıxış edənlər belə öz milli matahlarına mühafizəkar-liberal savaşı, ABŞ siyasəti və Afroamerikan kimliyi sayaq mədəniyyətin yaratdığı mövzulardan bol-bol qatırlar ki, əllərindəki "pula getsin".
Məsələn, Alim Qasımov muğamı sakral-mental çərçivədən kənara çıxara bildi deyə zənguləsi başqa ölkələrdən də eşidildi. İyirmi ildir əlləşirik ki, onu çıxdığı yerə - mentalitetin feyziyab olduğu standarta, əruz qəlibinə qaytaraq.
Mədəniyyət mentalitetin evdən qaçan oğludur. Onun hər şeyi sıfırdan başlamaqdan başqa çarəsi yoxdur. Biz o gücü özümüzdə görmürük deyə başımızı aşağı salıb dədə malını tıxmağı üstün tuturuq.
Jalə
23:49 / 13 Noyabr 2026
1
23:40 / 13 Noyabr 2026
41
23:28 / 13 Noyabr 2026
51
23:22 / 13 Noyabr 2026
64
23:17 / 13 Noyabr 2026
66
23:09 / 13 Noyabr 2026
74
23:05 / 13 Noyabr 2026
68
23:02 / 13 Noyabr 2026
72
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
83
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
92
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
494
21:43 / 13 Noyabr 2026
865
21:36 / 13 Noyabr 2026
98
21:29 / 13 Noyabr 2026
127
21:24 / 13 Noyabr 2026
200
21:03 / 13 Noyabr 2026
108
20:58 / 13 Noyabr 2026
121
20:50 / 13 Noyabr 2026
1174
20:41 / 13 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.