Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
14 Noyabr 2026, 08:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1058
14.08.2026, 09:47
"Səndən nigaranam", "Xatirədir", "Nə yaxşı, sən varsan"... Bu mahnıları yəqin ki, siz də eşitmisiniz. Bəs onların musiqisinin müəllifinin Kəmaləddin Heydərov olduğunu bilirdiniz?
Oxu24.com xəbər verir ki,Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov musiqi yaradıcılığı ilə də məşğuldur. O, bəstələrini "Kamal" təxəllüsü ilə təqdim edir və illərdir Azərbaycan estradasında sevilən bir sıra mahnıların musiqisinin müəllifidir.
Onun bəstələdiyi mahnılar arasında "Səndən nigaranam", "Sən elə bir zirvəsən", "Nə yaxşı, sən varsan", "Xatirədir", "Əlacım", "İlahi", "Sənə güvəndiyim dağlar", "Bağışlaram səni", "Mənim 17 yaşım...", "Sevəcəyəm", "Gecdi daha", "Gəlsən də, gəlməsən də...", "Ayrılığa dözərəm mən" və digər məşhur əsərlər yer alır.
Bu mahnılar Flora Kərimova, Alim Qasımov, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digər tanınmış ifaçılar tərəfindən səsləndirilib.
Maraqlıdır ki, "Kamal"ın bəstələdiyi mahnıların sözlərinin müəllifi şair Baba Vəziroğludur. Şairin sözlərinə görə, Kəmaləddin Heydərovla yaradıcılıq əməkdaşlığı 40 ildən artıqdır davam edir. O bildirib ki, əksər hallarda bəstənin hansı ifaçı tərəfindən səsləndiriləcəyini də Kəmaləddin Heydərov özü müəyyənləşdirir və bu seçim sonradan özünü doğruldur.
2009-cu ildə "Kamal" imzası ilə bəstələnmiş əsərlərdən ibarət "Sənə güvəndiyim dağlar" adlı dörd diskdən ibarət musiqi albomu işıq üzü görüb.
Kəmaləddin Heydərov müsahibələrinin birində bildirib ki, musiqi onun hobbisidir. O, uzun illər mahnılarının müəllifi kimi öz adının deyil, məhz "Kamal" təxəllüsünün göstərilməsini istəyib.
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.