İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
13.08.2026, 16:30
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra ölkəmizdən İrana ikinci dəmir yolu xətti istifadəyə veriləcək. Dövlət başçısının sözlərinə görə, məhz Zəngəzur dəhlizindən Naxçıvana daxil olmaqla Culfa dəmiryol məntəqəsindən İrana uzanan xətt vasitəsilə bu layihə daha tez reallaşa bilər.
Zəngəzur dəhlizinin reallaşması nəinki Cənubi Qafqaz, eləcə də Avropa, Asiya və Yaxın Şərq arasında yükdaşımaların dinamikasını köklü şəkildə dəyişməyə qadirdir.
Bəs Zəngəzur dəhlizi İran üçün daha çox iqtisadi mənfəət vəd edir, yoxsa Azərbaycanın regionda artan nüfuzu qonşu ölkədə narahatlıq yaradır? Bu suala cavab tapmaq üçün Oxu24.com saytına açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizinin açılması həm region ölkələri, həm də region ətrafindakı dövlətlər üçün olduqca böyük əhəmiyyət daşıyır:
“İlk növbədə, bu dəhliz geoiqtisadi xarakterli bir layihədir. Burada əsas məsələ Avropa və Asiya, eləcə də Asiya, Şimali Afrika, Ərəb dünyası və Fars körfəzi istiqamətində genişmiqyaslı, çoxvektorlu yükdaşımalar üçün yeni və mühüm imkanların yaranmasıdır. Bundan dünyanın bir çox ölkələri, o cümlədən Rusiya və İran da faydalana bilər. İran bu marşrut vasitəsilə müxtəlif istiqamətlərə çıxış əldə edərək yeni 'pəncərə' qazana bilər”.
Politoloq qeyd edib ki, lakin hazırda İrandakı bəzi qüvvələr Zəngəzur dəhlizinin iqtisadi faydalarından daha çox geosiyasi maraqları ön plana çəkirlər. Onlar hesab edirlər ki, bu dəhliz Cənubi Qafqaz ölkələrini, xüsusən də Azərbaycanı daha da inkişaf etdirəcək, Bakının geopolitik iradəsini, mövqelərini və qlobal məkandakı yüksələn nüfuzunu möhkəmləndirəcək. Bu səbəbdən Tehran Azərbaycanın yalnız regionda deyil, qlobal müstəvidə güclü iradə sahibi kimi çıxış etməsini istəmir və imkan daxilində dəhlizin reallaşmasına müqavimət göstərməyə çalışır.
Elçin Xalidbəylinin sözlərinə görə, müşahidələr göstərir ki, artıq Zəngəzur dəhlizinin reallaşma prosesinin qarşısını almaq demək olar ki, mümkün deyil:
“Həm Avropada, həm də Asiyada bir çox dövlətlər bu dəhlizin açılmasında birbaşa maraqlıdırlar. Eyni zamanda, bu layihənin iştirakçıları sırasında Azərbaycan və Ermənistanla yanaşı, ABŞ kimi super güc də yer alır. Amerika Birləşmiş Ştatlarının Ermənistan ərazisindən keçəcək hissəyə nəzarəti və məsuliyyəti öz üzərinə götürməsi prosesin geriyədönməz xarakter aldığını göstərir. Belə bir şəraitdə Rusiya və İranın mövcud mövqeyi prosesə ciddi təsir göstərmək gücündə deyil və bu geoiqtisadi layihə hər bir halda reallaşacaq”,- deyə o fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
96
22:52 / 24 Oktyabr 2026
80
22:34 / 24 Oktyabr 2026
76
22:14 / 24 Oktyabr 2026
72
22:05 / 24 Oktyabr 2026
240
21:42 / 24 Oktyabr 2026
1254
21:28 / 24 Oktyabr 2026
81
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
81
20:52 / 24 Oktyabr 2026
81
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
789
20:12 / 24 Oktyabr 2026
90
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
91
19:09 / 24 Oktyabr 2026
121
18:55 / 24 Oktyabr 2026
88
18:40 / 24 Oktyabr 2026
101
18:27 / 24 Oktyabr 2026
98
18:20 / 24 Oktyabr 2026
358
18:13 / 24 Oktyabr 2026
491
18:07 / 24 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.