İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
391
12.08.2026, 21:53
Xəzər dənizinin ekoloji problemləri iki səbəbdən yaranır. Onlardan birincisi, Xəzər dənizinin çirklənməsi, ikincisi, dənizə tökülən suların miqdarının azalması nəticəsində səviyyəsinin enməsidir.
Oxu24.com xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev deyib.
O bildirib ki, Xəzər dənizində çirklənmə əsasən dənizdən neftin çıxarılması ilə əlaqədardır. Bu zaman normativlər daxilində müəyyən miqdarda çirkləndiricilər dəniz suyuna axa bilər. Bu nöqteyi-nəzərdən Xəzər dənizində çirklənmələrin olması mümkündür. Bundan əlavə, gəmilərin, tankerlərin hərəkəti nəticəsində də Xəzərə müəyyən miqdarda neft məhsulları, başqa çirkləndiricilər daxil ola bilir. Həmçinin Xəzərə tökülən çaylar da özləri ilə müxtəlif çirkləndiriciləri gətirir.
Professorun sözlərinə görə, sahilyanı ərazilərdə tikinti prosesi də dənizə təsirsiz ötüşmür. Belə ki, əhalinin sayı artır, urbanizasiya prosesləri gedir və buradan da Xəzər dənizinə müəyyən qədər çirkləndiricilər daxil olur. Odur ki, Xəzərin sahilində qurulan infrastruktura xüsusi fikir vermək lazımdır ki, dənizi çirkləndirməsin: “Xəzər dənizinin çirklənmə səviyyəsinin növbəti 10-15 il ərzində daha da artacağını düşünürəm. Bu da təxirəsalınmaz tədbirlərin görülməsini labüd edir".
Xəzərin səviyyə dəyişmələrindən bəhs edən Əmir Əliyev prosesin periodik xarakter daşıdığını deyib. O diqqətə çatdırıb ki, son 4 min ildə Xəzərin səviyyəsində periodiklik təxminən 200-250 ildir və sonuncu ən böyük səviyyə təxminən 1805-1810-cu illərdə müşahidə olunub. Həmin vaxtdan etibarən Xəzərin səviyyəsi enmə mərhələsindədir. "Arabir bəzi qalxmalar olsa da, ümumi period enmə dövrüdür ki, bu da təxminən 2040-2050-ci illərə qədər davam edəcək. Bundan sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlayacaq. Hazırda Xəzərin səviyyəsi Baltik sistemi ilə -29 metrdir. Qarşıdakı 10-15 ildə Xəzərin səviyyəsinin təxminən 1-1,5 metr də enməsi proqnozlaşdırılır. Xəzərə tökülən çayların, xüsusilə Volqa çayının gətirdiyi suyun miqdarı son illərdə 25-30 faizə qədər azalıb ki, bu da səviyyənin enməsinin əsas səbəbidir. 1995-ci illə müqayisədə Xəzərin səviyyəsinin enməsi və geri çəkilməsi nəticəsində Azərbaycanı əhatə edən sahil zonasında 40 min hektara qədər ərazi suyun altından çıxıb. Belə davam etsə, dəniz suyunun altından çıxan ərazilərin sahəsi artacaq. Əgər sahilyanı ölkələr tədbir görməsə, Xəzər dənizinin ekoloji vəziyyəti bugünkündən də ağır ola bilər", - deyə o vurğulayıb.
Qeyd edək ki, avqustun 12-si Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. 2006-cı ilin məhz bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.