İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
280
12.08.2026, 21:12
Dövlət qurumlarının rəqəmsal layihələrə ayırdığı vəsaitlərə nəzarət gücləndirilir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.
Onun sözlərinə görə, Prezident tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna və digər qanunlara edilən son dəyişikliklərlə dövlət qurumlarının rəqəmsal layihələrinin planlaşdırılması və maliyyələşdirilməsi üçün yeni razılaşdırma mexanizmi müəyyənləşdirilib. Dominos pizza
Ekspert qeyd edib ki, bu yanaşma tamamilə yeni deyil. 2025-ci ildə qəbul edilən “Rəqəmsal İnkişaf Konsepsiyası”nda da dövlət informasiya sistemləri və elektron xidmətlər üzrə layihələrin maliyyələşdirilməsinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış rəyi əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdu.
“İndi isə mexanizm qanun səviyyəsinə qaldırılır və daha konkret prosedur müəyyən edilir”, – deyə Osman Gündüz vurğulayıb.
Onun sözlərinə görə, yeni qaydalara əsasən dövlət qurumları növbəti il həyata keçirmək istədikləri rəqəmsal layihələri, tələb olunan vəsaiti və maliyyələşmə mənbəyini əvvəlcədən təqdim etməlidirlər.
“Bütün dövlət qurumlarının rəqəmsal layihələrinə ‘stop’ qoymaq səlahiyyəti RİNN-ə verilib. RİNN layihəyə texniki və səmərəlilik baxımından rəy verir. Dövlət investisiyası layihələrinə isə İqtisadiyyat Nazirliyinin də rəyi alınır. Maliyyə Nazirliyi də maliyyə ekspertizası aparır. Vəsaitin ayrılması da RİNN-lə razılaşdırılır”, – ekspert bildirib.
Osman Gündüz xüsusilə vacib yeniliyin strateji sənədlərə və ölkənin vahid rəqəmsal arxitekturasına uyğun olmayan, həmçinin mövcud layihələri təkrarlayan rəqəmsal layihələrin müsbət rəy almaya bilməsi olduğunu qeyd edib.
Ekspertin fikrincə, illər ərzində müxtəlif dövlət qurumlarının ayrı-ayrılıqda oxşar sistemlər yaratması, eyni funksiyaların təkrar sifariş edilməsi, inteqrasiya problemləri və büdcə vəsaitlərinin bənzər həllərə dəfələrlə xərclənməsi ciddi problemlər yaradıb.
“On milyonlarla, hətta yüz milyonlarla vəsait xərclənən uğursuz İT layihələri olub. Yeni mexanizm düzgün tətbiq edilərsə, dublikat İT layihələrinin qarşısını ala, dövlət xərclərini optimallaşdıra və vahid rəqəmsal dövlət arxitekturasının formalaşmasını sürətləndirə bilər”, – deyə Osman Gündüz bildirib.
Bununla yanaşı, ekspert yeni mexanizmin mümkün risklərinə də diqqət çəkib. Onun sözlərinə görə, razılaşdırma prosesi düzgün qurulmadığı halda yeni bürokratik mərhələyə çevrilə, rəqəmsal layihələrin icrasını ləngidə və dövlət qurumlarının çevikliyini azalda bilər.
“Ümid edirəm ki, bununla yeni bürokratik prosedurlar yaradılmayacaq, rəqəmsal transformasiya prosesləri ləngiməyəcək”, – deyə Osman Gündüz əlavə edib.
23:16 / 24 Oktyabr 2026
118
22:52 / 24 Oktyabr 2026
90
22:34 / 24 Oktyabr 2026
87
22:14 / 24 Oktyabr 2026
79
22:05 / 24 Oktyabr 2026
255
21:42 / 24 Oktyabr 2026
1389
21:28 / 24 Oktyabr 2026
84
21:12 / 24 Oktyabr 2026
89
21:07 / 24 Oktyabr 2026
85
20:52 / 24 Oktyabr 2026
85
20:34 / 24 Oktyabr 2026
90
20:31 / 24 Oktyabr 2026
836
20:12 / 24 Oktyabr 2026
97
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
93
19:09 / 24 Oktyabr 2026
124
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
373
18:13 / 24 Oktyabr 2026
538
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.