İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
206
12.08.2026, 12:30
Müasir marketlərin rəflərində addımbaşı qarşılaşdığımız “təbii”, “şəkərsiz”, “orqanik” və ya “konservantsız” kimi ifadələr alıcıların diqqətini dərhal cəlb edir. Çünki əksər istehlakçılar qablaşdırmanın ön hissəsindəki bu cəlbedici sözləri görərkən məhsulun tamamilə sağlam və faydalı olduğu qənaətinə gəlirlər. Lakin reallıqda ön hissədəki bu iddialar hər zaman məhsulun əsl qida dəyərini və tərkibini əks etdirmir. Çünki “şəkərsiz” yazılan bir qidanın karbohidrat miqdarı yüksək ola, “təbii” adlandırılan məhsul isə gizli kaloriya və yağlarla zənginləşə bilər. Nəticədə, məhsulun arxa hissəsindəki kiçik şriftli yazıları oxumayan alıcı bilmədən marketinq gedişlərinin təsiri altına düşür. Məhz bu səbəbdən qida etiketlərinin alıcını həqiqətən maarifləndirdiyi, yoxsa sadəcə yönləndirdiyi sualı böyük aktuallıq kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən qida eksperti Fərid Səfərov məsələyə münasibət bildirib:
“Qida etiketləri istehlakçı üçün vacib məlumat mənbəyidir, lakin qablaşdırmanın üzərindəki hər bir ifadə məhsulun sağlam və ya daha faydalı olduğu anlamına gəlmir. “Təbii”, “şəkərsiz”, “fit”, “orqanik”, “100% təbii”, “konservantsız” kimi ifadələr diqqəti cəlb edir və məhsulun müsbət tərəflərini ön plana çıxarır. Buna görə də istehlakçı yalnız qablaşdırmanın ön hissəsindəki iddialara əsaslanarsa, seçim müəyyən qədər marketinqin təsiri altında qala bilər”.
Ekspert qeyd edir ki, məsələn, “şəkərsiz” yazılan məhsulun ümumi karbohidrat miqdarı yüksək ola bilər və ya şəkərin yerinə digər şirinləşdiricilərdən istifadə edilə bilər. “Təbii” ifadəsi isə avtomatik olaraq məhsulun aşağı kalorili, faydalı və ya balanslı olduğu demək deyil. “Konservantsız” məhsul da mütləq daha sağlam seçim sayılmamalıdır; burada məhsulun bütövlükdə tərkibi, saxlanma şəraiti və qida dəyəri nəzərə alınmalıdır.
Fərid Səfərovun sözlərinə görə, istehlakçı üçün ən doğru yanaşma ön hissədəki reklam xarakterli ifadələrdən daha çox etiketin arxa hissəsindəki inqrediyentlər siyahısına, enerji və qida dəyərinə, şəkər, duz və yağ miqdarına, porsiya ölçüsünə və son istifadə tarixinə baxmaqdır:
“İnqrediyentlər siyahısında məhsulun tərkibində hansı komponentlərin daha çox olduğu da müəyyən edilə bilər.
Yəni qida etiketi həm məlumatlandırıcı, həm də marketinq vasitəsi ola bilər. Burada əsas məsələ istehlakçının etiketi düzgün oxumağı bilməsidir. Məhsulun üzərindəki bir neçə cəlbedici sözə deyil, bütün qida profilinə və tərkibinə baxaraq seçim etmək daha sağlam və şüurlu yanaşmadır.
Sağlam qidalanaraq sağlam yaşayın!”
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.