Pulun həmişə çay kimi axdığı insanların doğum tarixləri
04 Oktyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
194
11.08.2026, 23:52
Bizim millətin ən sevimli adətidir: "Ağsaqqal sözüdür, kişi sözüdür, müqaviləyə neyləyirik?" Deyirik, anlaşılan adamıq, gəl bir tərəfdən başlayaq, sənəd-sünəd sonra həll olar. Sonra da işlər çəp düşəndə, qarşı tərəf "mənim xəbərim yoxdur, mən belə deməmişəm" deyib aradan çıxır. Başlayırıq dizimizə döyməyə ki, axı rəsmi kağızımız yoxdur, indi haqqımızı necə sübut edək?
Vəkil Tural Həsənli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, əgər mübahisə mülki xarakterlidirsə, bununla bağlı subyektiv hüquqa malik olan şəxs öz hüququnun və ya qanuni mənafeyinin müdafiəsi məqsədilə iddia ilə birbaşa məhkəməyə müraciət edə bilər.
Onun sözlərinə görə, tərəflər arasında hər hansı mübahisə yarandığı halda, həmin mübahisənin mülki xarakter daşıması və şəxsin pozulmuş və ya mübahisələndirilən hüququnun mövcud olması ona məhkəmə qaydasında müdafiə olunmaq imkanı verir:
“Tərəflər arasında hər hansı rəsmi müqavilənin olmaması isə şəxsin öz tələbini sübut etmək imkanını tamamilə aradan qaldırmır. Belə hallarda iddiaçı öz tələblərini əsaslandırmaq və sübuta yetirmək üçün tərəflər arasında aparılmış WhatsApp yazışmalarından, səsli mesajlardan, maddi sübutlardan, şahid ifadələrindən, foto və video görüntülərdən, eləcə də mübahisənin xarakterindən asılı olaraq digər sübut vasitələrindən istifadə edə bilər. Bu sübutların hər biri ayrı-ayrılıqda və ya digər sübutlarla birlikdə tərəflər arasında münasibətin və mübahisənin mahiyyətinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynaya bilər.
Bu cür məsələlərdə əsas diqqət tərəflər arasında mövcud olan mübahisə üzrə sübutetmə vasitələrinə yönəldilməlidir. Şəxs yalnız öz tələbinin mövcudluğunu deyil, həmin tələbin hansı faktlara və hallara əsaslandığını da mümkün qədər konkret şəkildə sübut etməlidir. Xüsusilə rəsmi müqavilənin olmadığı hallarda tərəflərin əvvəlki yazışmaları, göndərdikləri səsli mesajlar, ödənişlərlə bağlı məlumatlar, şahid ifadələri və digər materiallar mübahisənin həlli baxımından əhəmiyyət kəsb edə bilər.
Eyni zamanda, hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq, tərəflər yaranmış mübahisəni həll etmək üçün mütləq məhkəməyə müraciət etmək məcburiyyətində deyillər. Onlar məhkəməyə müraciət etmədən, əlavə xərc və vaxt itkisinin qarşısını almaq məqsədilə könüllü şəkildə müxtəlif mediasiya təşkilatlarına müraciət edə bilərlər. Mediasiya prosesi vasitəsilə tərəflər arasında mövcud olan mübahisənin daha qısa müddət ərzində qarşılıqlı razılaşma yolu ilə həll edilməsi mümkündür.
Bu baxımdan, mübahisə yarandıqda tərəflərin ilk növbədə mövcud sübutları qoruması və sistemləşdirməsi, daha sonra isə mübahisənin məhkəmə, yaxud mediasiya yolu ilə həllinin hansı variantının onlar üçün daha məqsədəuyğun olduğunu qiymətləndirməsi vacibdir”, - deyə Tural Həsənli fikrini tamamlayıb.
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.