İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
817
11.08.2026, 20:54
DTX xaricdən idarə olunan və Azərbaycanda dövlət qurumlarının və şirkətlərin əməkdaşlarını hədəfə alan kiberdələduzluq şəbəkəsi haqqında maraqlı məlumat yayıb. Açıqlamaya diqqət etdikdə maraqlı sxem görünür. Xüsusi proqramlarla dövlət qurumlarının və şirkətlərin əməkdaşlarının adları, vəzifələri, fotoları, telefon nömrələri kütləvi şəkildə toplanıb. Sonra rəhbərlərin adı və fotosu ilə saxta “WhatsApp” hesabları yaradılıb.
Oxu24.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz sosial media hesabında yazıb.
O, bu hesabların Azərbaycan mobil operatorlarının nömrələrindən istifadə olunaraq yaradıldığına xüsusi diqqət çəkib:
"Bu +994 ilə başlayan nömrələrin cinayətkarların əlinə necə keçdiyi açıqlanmır. Güman ki, yerli vasitəçilər üzərindən əldə edilmiş SIM/eSIM-lərdən, başqa şəxslərin adına rəsmiləşdirilmiş və ya ələ keçirilmiş nömrələrdən istifadə oluna bilərdi.
Əməkdaşa rəisi adından “təcili” tapşırıq göndərilib, sonra o, guya hüquq-mühafizə orqanının nümayəndəsi olan başqa saxta hesaba yönləndirilib. Sonda xarici hesaba pul köçürülməsi və ya başqa tapşırıqlar tələb olunub.
Baş verənlər bir daha göstərir ki, insan amili həmişə öndədir. Rəhbərin fotosu və adı “WhatsApp” hesabının həqiqiliyini sübut etmir. Pul köçürülməsi, məxfi məlumatın verilməsi və qeyri-adi “təcili tapşırıqlar” başqa etibarlı kanal vasitəsilə mütləq təsdiqlənməlidir. Xüsusilə maliyyə əməliyyatlarında ikili təsdiq mexanizmi olmalıdır.
Baş verənlər bir daha göstərir ki, qurumlarda davamlı kibertəhlükəsizlik təlimləri, sosial mühəndislik simulyasiyaları və insidentlərin operativ bildirilməsi mexanizmləri qurulmalıdır.
Oxu: Pensiya yaşına 1-2 il qalmış işləyən şəxslərin DİQQƏTİNƏ! — Vacib detal AÇIQLANDI
DTX artıq şəbəkənin bəzi iştirakçılarını müəyyən edib. Güman ki, mobil nömrə və SIM məlumatları, cihaz və IP izləri, platformaların texniki məlumatları və maliyyə tranzaksiyalarının əlaqələndirilməsi cinayətkarların izinə çıxmağa imkan verib.
Cinayətkarların, platformaların və bank hesablarının müxtəlif ölkələrdə olması isə beynəlxalq əməkdaşlığı zəruri edir. DTX də xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri ilə birgə araşdırmanın davam etdiyini bildirib".
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayaraq, son vaxtlar Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradıldığını, dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntularının qeydə alındığını açıqlayıb.
23:16 / 24 Oktyabr 2026
110
22:52 / 24 Oktyabr 2026
85
22:34 / 24 Oktyabr 2026
82
22:14 / 24 Oktyabr 2026
77
22:05 / 24 Oktyabr 2026
246
21:42 / 24 Oktyabr 2026
1323
21:28 / 24 Oktyabr 2026
84
21:12 / 24 Oktyabr 2026
88
21:07 / 24 Oktyabr 2026
85
20:52 / 24 Oktyabr 2026
85
20:34 / 24 Oktyabr 2026
89
20:31 / 24 Oktyabr 2026
815
20:12 / 24 Oktyabr 2026
96
20:05 / 24 Oktyabr 2026
98
19:55 / 24 Oktyabr 2026
88
19:40 / 24 Oktyabr 2026
92
19:09 / 24 Oktyabr 2026
123
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
103
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
363
18:13 / 24 Oktyabr 2026
513
18:07 / 24 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.