İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
526
10.08.2026, 15:21
Yay mövsümünün gəlişi ilə əlaqədar tələbələrin rayonlara üz tutması kirayə mənzil bazarında gözlənilən durğunluğa səbəb olmayıb. Əksinə, paytaxtda kirayə ev tapmaqda çətinlik çəkən bir çox tələbə yay boyunca yaşamadıqları mənzillərin haqqını ödəyərək onları özlərində saxlayırlar. Bunun əsas səbəbi sentyabr ayında tədris ili başlayarkən kəskin qiymət artımı ilə üzləşməmək və münasib ev tapmaq riskini aradan qaldırmaqdır.
Tələbələr yay aylarında istifadə etmədikləri mənzilə pul ödəyərək, payızda yaşanacaq ajiotajdan və süni qiymət artımından sığortalanmağa çalışırlar. Bu yanaşma kirayə bazarında tələbin yay aylarında da sabit qalmasına və yeni bir tendensiyanın formalaşmasına gətirib çıxarıb. Nəticədə, əvvəlki illərlə müqayisədə yay mövsümündə boşalan kirayə mənzillərin sayında gözəçarpan azalma müşahidə olunur.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, təcrübəli tələbələr artıq bu üsula daha çox üstünlük verirlər:
"İldən-ilə bu problemlə üzləşən tələbələr artıq yay mövsümündə doğma evlərinə, rayonlara qayıdarkən həmin mənzilləri özlərində saxlamağa çalışırlar. Çünki payızda geri qayıtdıqda eyni və ya oxşar şəraitli əmlakı daha baha qiymətə kirayələmək məcburiyyətində qalacaqlarını bilirlər”.
Ekspertin sözlərinə görə, təcrübəli tələbələr arasında bu tendensiya ildən-ilə artmaqdadır. O qeyd edir ki, son 2-3 ilin müşahidələri göstərir ki, iyul ayında boşalan evlərin sayında azalma var. İstehlakçılar üçün əlavə xərcə düşməmək və ev axtarışında əziyyət çəkməmək üçün başqa bir alternativ yol qalmayıb.
Elnur Azadov həmçinin, əlavə edib ki, tələbələr ali təhsil ocaqlarının yaxınlığında, nəqliyyat baxımından gediş-gəlişi rahat olan, eləcə də öz prioritetlərinə uyğun mənzilləri saxlamaqla payız aylarındakı çətinlikdən sığortalanırlar.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.