Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
208
10.08.2026, 11:35
Telefon hava tətbiqlərində növbəti günlərdə Bakıda 4 gün yağış yağacağı göstərilir. Sözügedən məsələ həmin tətbiqin nə qədər etibarlı mənbə olub-olmadığı ilə bağlı suallar yaradır.
Bu proqramlar nə dərəcədə etibarlıdır? Bakıda yaxın 10 gündə yağışlar, temperatur düşməsi gözlənilirmi?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev deyib ki, hava proqnozu nisbi və müəyyən mənada lokal xarakter daşıyan bir yanaşmadır:
“Çünki hətta bir hektarlıq, yaxud beş hektarlıq ərazidə belə mikroiqlim formalaşa bilər və bu, ümumi hava proqnozundan tamamilə fərqli göstəricilər ortaya çıxarar. Ona görə də bütün proqnozlar müəyyən mənada təxmin xarakteri daşıyır. Yalnız hava hadisəsinə iki-üç gün qalmış verilən proqnozların reallaşma ehtimalı 80-90 faizdən yuxarı olur.
Yayın ən isti dövrünü yaşayırıq. Havanın xüsusilə günün isti saatlarında 40-45 dərəcəyə qədər yüksəlməsi normal olduğu kimi, müəyyən günlərdə yağışların, atmosfer çöküntülərinin müşahidə olunması da təbiidir. Dağlıq ərazilərdə dolu, yüksək dağlıq ərazilərdə isə sulu qar kimi yağıntılar müşahidə oluna bilər”.
Ekoloq qeyd edib ki, bütün bunlar atmosfer cəbhələrinin toqquşması, siklonların təsiri və iqlimin normal dəyişkənliyi çərçivəsində qiymətləndirilməlidir:
“Təbii ki, temperatur müəyyən dövrlərdə 5-7, hətta 10 dərəcəyə qədər də enə bilər. Yay aylarında belə hallarda arktik hava kütlələrinin daxil olması temperaturun müvəqqəti olaraq aşağı düşməsinə səbəb ola bilər.
Digər tərəfdən, isti və rütubətli hava şəraitində atmosferdəki nəmin kondensasiya olunaraq yağış şəklində yerə düşməsi də müəyyən dövrlərdə tamamilə normal hadisədir.
Hazırda texnoloji inkişafla əlaqədar meteoroloji məlumatlar avtomatlaşdırılmış qaydada toplanır və emal edilir. Proqnozların hazırlanmasında süni intellekt və müxtəlif avtomatlaşdırılmış sistemlərdən də istifadə olunur.
Yay aylarında yağışlarla əlaqədar temperaturun 5-7, hətta 10 dərəcə aşağı düşməsi mümkündür və bu, adətən, müvəqqəti xarakter daşıyır. Belə hava şəraiti iki-üç gün, bəzən beş gün davam edə bilər.
Lakin mövsümə və Azərbaycanın yerləşdiyi coğrafi bölgənin iqlim xüsusiyyətlərinə uyğun olaraq, yay aylarında 30-40 dərəcə intervalında temperatur normal hesab olunur”.
23:00 / 21 Avqust 2026
7
22:39 / 21 Avqust 2026
18
22:25 / 21 Avqust 2026
48
22:11 / 21 Avqust 2026
57
21:57 / 21 Avqust 2026
66
21:30 / 21 Avqust 2026
62
20:56 / 21 Avqust 2026
68
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
76
19:42 / 21 Avqust 2026
90
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
120
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.