İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2895
04.08.2026, 11:34
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarlarla bağlı bir sıra sosial media resurslarında yayılan, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir.
Oxu24.com xəbər verir ki,Bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Məlumata görə, 2024-2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici cəmi 2,4 % olub ki, bu da SOCAR-ın əmək bazarında sabit işəgötürən olduğunu təsdiq edən mühüm göstəricilərdəndir. Qeyd edilən işçi dövriyyəsinin böyük əksəriyyəti işçilərin təbii axını hesabına baş verib.
Həmçinin qeyd edilib ki, SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyanın əsas istiqamətlərindən biri korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və insan kapitalının dayanıqlı inkişafının təmin edilməsidir: "Bu istiqamətdə həyata keçirilən tədbirlər təşkilati strukturun təkmilləşdirilməsi, biznes proseslərinin optimallaşdırılması və mövcud resursların daha səmərəli idarə olunmasına xidmət edir. Sözügedən proseslər qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir".
SOCAR-dan onu da bildiriblər ki, 2025-ci ildə "Sustainable Fitch" reytinq agentliyi tərəfindən SOCAR-ın Ətraf mühit, Sosial və Korporativ idarəetmə istiqamətləri (ESG) üzrə fəaliyyəti beynəlxalq "ER3" reytinqi ilə qiymətləndirilib: "Bu da qeyd olunan istiqamətlər üzrə SOCAR-da əsas siyasətlər və proseslərin mövcudluğunu, eləcə də beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqda olduğunu ifadə edir. Həmçinin SOCAR 2024-cü ildə öz Ətraf mühit, Sosial və Korporativ idarəetmə (ESG) hədəflərinə sadiqliyini nümayiş etdirərək "MSCI" ("Morgan Stanley Capital International") beynəlxalq reytinq agentliyi tərəfindən Xəzər regionunda "BBB" səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub. Bütün bunlarla bərabər onu da qeyd etmək lazımdır ki, SOCAR Qrupa daxil olan müəssisələrin hər biri ayrılıqda hüquqi şəxs və işəgötürən qismində fəaliyyət göstərir və hər bir müəssisədə əmək münasibətləri üzrə bütün əməliyyatları Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə, eləcə də işçilərin əmək hüquqlarının qorunması, sosial məsuliyyət və korporativ idarəetmə sahəsində qeyd edilən prinsiplərə uyğun həyata keçirir".
SOCAR fürsətdən istifadə edərək ictimaiyyəti və maraqlı tərəfləri yalnız şirkətin rəsmi məlumatlarına istinad etməyə çağırır.
23:16 / 24 Oktyabr 2026
64
22:52 / 24 Oktyabr 2026
59
22:34 / 24 Oktyabr 2026
72
22:14 / 24 Oktyabr 2026
69
22:05 / 24 Oktyabr 2026
228
21:42 / 24 Oktyabr 2026
1162
21:28 / 24 Oktyabr 2026
79
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
80
20:52 / 24 Oktyabr 2026
81
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
768
20:12 / 24 Oktyabr 2026
88
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
91
19:09 / 24 Oktyabr 2026
119
18:55 / 24 Oktyabr 2026
88
18:40 / 24 Oktyabr 2026
100
18:27 / 24 Oktyabr 2026
98
18:20 / 24 Oktyabr 2026
351
18:13 / 24 Oktyabr 2026
452
18:07 / 24 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.