İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
340
03.08.2026, 20:59
Dietoloq Nikol Dandrea-Rassert və qida texnoloqu Minvey Syu sağlamlıq üçün təhlükəli ola bilən kartofun hansı hallarda qətiyyən yeyilməməli olduğunu açıqlayıblar.
Oxu24.com xəbər verir ki, onların "Simply Recipes" nəşrinə verdiyi məlumata görə, cücərmiş və ya yaşıllaşmış kartof istehlak etmək ciddi sağlamlıq riski yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, kartof günəş işığına məruz qaldıqda onun tərkibində solanin və çakonin adlı qlikoalkaloidlər əmələ gəlir. Bu maddələr yüksək miqdarda olduqda zəhərli təsir göstərə bilər.
Minvey Syu bildirib ki, kartofun üzərində yaşıl ləkələr və cücərtilər görünürsə, bu, həmin zərərli maddələrin artdığının göstəricisidir.
Nikol Dandrea-Rassert isə əlavə edib ki, ən çox zəhərli maddə kartofun cücərtilərində, yaşıl qabığında və "göz" adlanan hissələrində toplanır. Onun sözlərinə görə, cücərmiş kartofda qlikoalkaloidlərin konsentrasiyası daha yüksək olur.
Mütəxəssislər kartofun sərin, quru və qaranlıq yerdə, yaxşı hava dövranı olan şəraitdə saxlanılmasını tövsiyə edirlər. Həmçinin bildirirlər ki, kartofu saxlanma yerinə qoymazadan əvvəl yuymaq lazımdır./publika
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.