Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ - Deputat AÇIQLADI
06 Avqust 2026, 18:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
511
01.08.2026, 19:51
Dövlət İmtahan Mərkəzinin bu ildən etibarən bəzi ixtisaslar üzrə 150 balla qəbul imkanını genişləndirməsi təhsil ictimaiyyətində müzakirələrə səbəb olub. Bəziləri bunu ali təhsilin əlçatanlığının artırılması kimi qiymətləndirsə də, bəzi ixtisasların bu siyahıya salınması birmənalı qarşılanmır.
Oxu24.com mövzu ilə bağlı Modern.az-a danışan təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, 150 ballıq ixtisasların sayının artırılması ümumilikdə müsbət addımdır.
Onun sözlərinə görə, son illər xüsusilə 150 balla qəbul aparılan ixtisaslarda ciddi rəqabət yaranmışdı:
"Blok imtahanında 100 balı keçə bilməyən minlərlə abituriyent digər ixtisasları seçə bilmədiyi üçün məcburən 150 ballıq ixtisaslara yönəlirdi. Bu da həmin ixtisaslarda gərgin rəqabət yaradırdı. Problemin həlli üçün ən doğru addımlardan biri məhz 150 ballıq ixtisasların sayının artırılması idi və bu təşəbbüs həyata keçirildi".
Ekspert bildirib ki, xüsusilə I ixtisas qrupunda riyaziyyat-informatika alt qrupu üzrə qəbul imkanlarının genişləndirilməsi mühüm dəyişiklikdir:
"Artıq blok imtahanında 100 bal həddini keçə bilməyən, amma ümumi balı kifayət edən abituriyentlərin ali məktəbə qəbul imkanları xeyli artıb. Bu baxımdan dəyişiklik müsbət qiymətləndirilməlidir".
Bununla belə, Ramin Nurəliyev informasiya texnologiyaları və kompüter mühəndisliyi kimi ixtisasların 150 ballıq siyahıya daxil edilməsini düzgün hesab etmir:
"İnformasiya texnologiyaları və kompüter mühəndisliyi müasir dövrün ən strateji və perspektivli ixtisaslarıdır. Mən bu ixtisasların 150 ballıq siyahıya salınmasının tərəfdarı deyiləm. Bu, həmin ixtisasların nüfuzuna müəyyən qədər mənfi təsir göstərə bilər".
Ekspert hesab edir ki, əvəzində elektrik-elektronika mühəndisliyi, informatika müəllimliyi və digər bəzi ixtisasların bu siyahıya əlavə olunması daha məqsədəuyğun olardı.
O, II ixtisas qrupunda maliyyə ixtisasının da 150 ballıq ixtisaslar sırasına daxil edilməsini doğru hesab etmədiyini bildirib:
"Maliyyə ixtisasının 150 ballıq siyahıya salınmasını dəstəkləmirəm. Əvəzində region universitetlərində tədris olunan bəzi ixtisasların bu kateqoriyaya daxil edilməsi daha faydalı olardı".

Ramin Nurəliyevin fikrincə, belə bir yanaşma region ali təhsil müəssisələrinə marağı artırmaqla yanaşı, tələbə axınının yalnız Bakıda cəmlənməsinin də qarşısını ala bilər:
"Məqsədimiz Bakıdakı tələbələrin bir hissəsini region universitetlərinə yönəltmək olmalıdır. Region ali məktəblərində 150 ballıq ixtisasların sayının artırılması bu baxımdan daha perspektivli addım olardı".
Ekspert bildirib ki, qəbul şərtlərinin yumşaldılması xarici universitetlərə üz tutan gənclərin sayının azalmasına da təsir göstərəcək:
"Əvvəllər müsabiqə şərtlərini ödəyə bilməyən abituriyentlərin bir hissəsi xarici universitetlərə gedirdi. Bu dəyişiklik onların Azərbaycanda təhsil alma imkanlarını artıracaq. Nəticədə həm vəsait ölkədə qalacaq, həm də yerli universitetlər daha çox tələbə cəlb edə biləcək".
Ramin Nurəliyev qeyd edib ki, dövlətin ali təhsilin əlçatanlığını artırmaq istəməsinin əsas səbəblərindən biri də beynəlxalq göstəricilərlə bağlıdır:
"Dünyada ali təhsil alanların sayı adətən əhalinin 4-5 faizi səviyyəsində qəbul olunur. Azərbaycanda isə bu göstərici hazırda təxminən 2,9 faizdir. Bu, beynəlxalq standartlardan aşağıdır. Dövlət də məhz daha çox gəncin ali təhsil almasını təşviq etməklə bu göstəricini yüksəltməyə çalışır".
Ekspert hesab edir ki, qəbul qaydalarındakı son dəyişikliklər ali məktəblərdə hər il boş qalan minlərlə plan yerinin sayının azalmasına da kömək edəcək:
"Əvvəlki illərdə ixtisas seçimindən sonra təxminən 5 min plan yeri boş qalırdı. Yeni yanaşma həmin boşluqların əhəmiyyətli hissəsinin dolmasına imkan verəcək. Mən bu təşəbbüsü ümumilikdə uğurlu hesab edirəm və düşünürəm ki, gələcəkdə bəzi digər uyğun ixtisaslar da 150 ballıq siyahıya əlavə oluna bilər".
18:47 / 06 Avqust 2026
27
18:45 / 06 Avqust 2026
12
18:40 / 06 Avqust 2026
32
18:34 / 06 Avqust 2026
34
18:09 / 06 Avqust 2026
23
17:55 / 06 Avqust 2026
50
17:35 / 06 Avqust 2026
39
17:15 / 06 Avqust 2026
73
16:55 / 06 Avqust 2026
71
16:40 / 06 Avqust 2026
79
16:15 / 06 Avqust 2026
99
16:15 / 06 Avqust 2026
82
15:55 / 06 Avqust 2026
74
15:53 / 06 Avqust 2026
96
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
73
15:15 / 06 Avqust 2026
89
14:59 / 06 Avqust 2026
99
14:58 / 06 Avqust 2026
83
14:45 / 06 Avqust 2026
93
14:27 / 06 Avqust 2026
114
14:17 / 06 Avqust 2026
101
14:14 / 06 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.