İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
274
29.07.2026, 19:33
Göygöl rayonunda 25 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü elan edilib.
Oxu24.com xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs tanışı ilə qabaqcadan əlbir olaraq özgəyə məxsus əmlakı gizli talamaqda ittiham olunub. İttihama görə, 2024-cü ildə Göygöl rayonunun Haçaqaya kəndindəki açıq otlaq sahəsindən zərərçəkmiş L. Qurbanovaya məxsus 25 baş xırdabuynuzlu heyvan oğurlanıb. Oğurlanan heyvanların ümumi dəyərinin 11 min 800 manat olduğu, nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurulduğu bildirilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, oğurluq hadisəsində iştirak etmədiyini, ittihamda adı çəkilən şəxslə isə yalnız bir neçə dəfə görüşdüyünü bildirib. Onun sözlərinə görə, birlikdə qoz yığıb və kafedə yemək yeyiblər. Təqsirləndirilən şəxs hadisə yerində müşahidə kameralarının olduğunu xatırladaraq görüntülərin araşdırılmasını istəyib və 25 baş qoyunun gizli şəkildə aparılmasının mümkün olmadığını vurğulayıb.
Zərərçəkmiş L. Qurbanovanın sözlərinə görə, oğurlanan heyvanlardan altı baş geri qaytarılıb. Qalan ziyanın ödənilməsi istiqamətində tədbirlər görülür.
Məhkəmə təqdim olunmuş sübutları araşdırdıqdan sonra təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun həbsdə saxlanıldığı müddət cəzadan hesablanıb və üzərində qəti olaraq 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.