Füzuli Rzaquliyev VƏFAT ETDİ
09 Noyabr 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
272
28.07.2026, 21:26
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş Tural Əsgərov "Aura Məişət Texnikası" şirkətində işlədiyi dövrdə əmək hüquqlarının pozulduğunu iddia edir.
Oxu24.com xəbər verir ki, o, uzun illər əmək müqaviləsi bağlanmadan çalışdırıldığını və işdən əsassız çıxarıldığını bildirir.
"2016-cı ildən "Aura Məişət Texnikası" adlı şirkətdə çalışmışam. 2024-cü ilə qədər əmək müqaviləsi olmadan işləmişəm. Dəfələrlə müqavilə bağlamağı tələb etsəm də, hər dəfə vaxtı uzatdılar. 2024-cü ildən rəsmi işçi kimi fəaliyyətimi davam etdirdim. Lakin sonradan müqaviləmə birtərəfli qaydada xitam verildi və heç bir səbəb göstərilmədi. Sonra mənə 1 092 manat maaş veriləndə hesablamanın düzgün aparılmadığını bildirərək məzuniyyət pulumun da verilməsini tələb etdim. Bir həftə sonra mühasibatlıqdan əlaqə saxlayıb məzuniyyət pulumu götürməyimi istədilər. Oraya getdikdə xanımlar bildirdilər ki, şirkətin Azərbaycandakı icraçı direktoru Səməd bəy deyib: "Əgər Dövlət Sosial Müdafiə Fonduna rəsmi işləmədiyiniz dövrlə bağlı verdiyiniz izahatı geri götürsəniz, 365 manat pulunuzu bərpa edib verəcəyik". Hazırda həmin 365 manat məbləği ödəməkdən imtina edirlər", - deyə T.Əsgərov bildirib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən qeyd olunub ki, vətəndaş Tural Əsgərovun "Aura Məişət Texnikası" MMC tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciəti quruma daxil olub və hazırda araşdırılır:
"Araşdırma çərçivəsində müəssisəyə müvafiq sorğular göndərilib. Tələb olunan sənədlər tam təqdim edilmədiyindən müəssisə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün dəvət olunub.
Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işə cəlb olunması qanunvericiliyin pozulmasıdır. Həmçinin faktiki əməkhaqqının düzgün rəsmiləşdirilməməsi, iş vaxtı normalarının pozulması və əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulmayan əsasla xitam verilməsi yolverilməzdir. Əmək müqaviləsinə xitam yalnız Əmək Məcəlləsinin 70 və 71-ci maddələrində nəzərdə tutulan əsaslar və qaydalar gözlənilməklə həyata keçirilə bilər".
14:06 / 09 Noyabr 2026
70
14:04 / 09 Noyabr 2026
27
13:44 / 09 Noyabr 2026
358
13:21 / 09 Noyabr 2026
90
13:11 / 09 Noyabr 2026
160
12:57 / 09 Noyabr 2026
1095
12:55 / 09 Noyabr 2026
104
12:40 / 09 Noyabr 2026
198
12:27 / 09 Noyabr 2026
150
12:15 / 09 Noyabr 2026
305
12:03 / 09 Noyabr 2026
1146
11:56 / 09 Noyabr 2026
125
11:56 / 09 Noyabr 2026
166
11:43 / 09 Noyabr 2026
132
11:37 / 09 Noyabr 2026
280
11:34 / 09 Noyabr 2026
121
11:30 / 09 Noyabr 2026
117
11:22 / 09 Noyabr 2026
122
11:09 / 09 Noyabr 2026
503
11:05 / 09 Noyabr 2026
184
10:55 / 09 Noyabr 2026
238
10:51 / 09 Noyabr 2026
453
10:44 / 09 Noyabr 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.