İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
348
27.07.2026, 18:22
"Samsung" One UI 9.0 yeniləməsi ilə ekran kilidinin açılması qaydalarını daha da sərtləşdirəcəyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, yeni qaydalara əsasən, PIN-kod, parol və ya qrafik açarın ardıcıl beş dəfə səhv daxil edilməsindən sonra smartfon növbəti cəhd üçün gözləmə müddətini avtomatik artıracaq. Bu müddət mərhələli şəkildə 1 dəqiqədən başlayaraq 24 saata qədər uzanacaq.
İstifadəçi ardıcıl 13 dəfə səhv kod daxil edərsə, cihaz tamamilə bloklanacaq. Bu halda telefonu yalnız zavod parametrlərinə qaytarmaq mümkün olacaq ki, bu da yaddaşdakı bütün məlumatların silinməsi ilə nəticələnəcək.
"Samsung" təsadüfi bloklanma riskini azaltmaq üçün "ağıllı sayma" funksiyasını da tətbiq edəcək. Belə ki, istifadəçi eyni səhv PIN-kodu, parolu və ya qrafik açarı ardıcıl iki dəfə daxil edərsə, sistem bunu yalnız bir səhv kimi qeydə alacaq. Bundan əlavə, kritik həddə yaxınlaşdıqca smartfon qalan cəhdlərin sayını da göstərəcək.
Yeni qaydalar barmaq izi və ya üz tanıma kimi biometrik autentifikasiyadan istifadə edən cihazlara da şamil olunacaq. Android tələblərinə əsasən, istifadəçi ən azı 72 saatdan bir və ya cihaz ilk dəfə işə salındıqda əsas PIN-kod, parol və ya qrafik açarı daxil etməlidir.
Şirkət bildirib ki, istifadəçi kilid kodunu unutduğu halda "Samsung" həmin cihaza girişi bərpa edə bilməyəcək. Yeganə çıxış yolu telefonu zavod parametrlərinə qaytarmaqdır. Bundan sonra isə cihazı yenidən aktivləşdirmək üçün əvvəlcədən qoşulmuş "Samsung" və "Google" hesabları ilə giriş tələb olunacaq.\\publika.az
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.