5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
287
25.07.2026, 09:59
Azərbaycanda yaxın illərdə əmək bazarında ən çox qazandıracaq ixtisasların hansı olacağı, süni intellektin peşələrə təsiri və maaş artımı ilə bağlı gözləntilər müzakirə olunan mövzulardandır.
Təhsil eksperti Səbuhi Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, əmək bazarı sürətlə dəyişdiyi üçün yaxın beş il üzrə dəqiq proqnoz vermək asan deyil.
Onun sözlərinə görə, bazar iqtisadiyyatının dinamik inkişafı yeni peşələrin yaranmasına və mövcud ixtisaslara tələbatın dəyişməsinə səbəb olur.
"Əmək bazarı çox sürətlə dəyişir. Buna görə də yaxın beş il ərzində hansı ixtisasların daha çox qazandıracağını dəqiq söyləmək çətindir. Ancaq süni intellektlə əlaqəli sahələr, data analitikası və rəqəmsal texnologiyalar istiqamətində çalışan mütəxəssislər prioritet olaraq qalacaq. Bu sahələrdə çalışanlar, xüsusilə də peşəkar təcrübə qazandıqları halda, əmək bazarına inteqrasiyada ciddi çətinlik yaşamayacaqlar", – deyə ekspert bildirib.
Səbuhi Abdullayev qeyd edib ki, süni intellekt bir çox peşələrdə iş prosesini dəyişsə də, elə ixtisaslar var ki, onları tam əvəz etməsi mümkün görünmür.
"Xüsusilə müəllimlik və həkimlik kimi peşələrdə süni intellekt köməkçi alət kimi istifadə oluna bilər. Lakin bu sahələr fundamental bilik, peşə hazırlığı və insan amili tələb etdiyi üçün onların əhəmiyyəti azalmayacaq. Əksinə, bu istiqamətlərdə çalışan mütəxəssislərin yeni texnologiyalara uyğunlaşması onların əmək bazarındakı dəyərini daha da artıracaq", – o vurğulayıb.
Ekspert hesab edir ki, texnologiyanın inkişafı ilə yanaşı, əmək bazarında bu gün mövcud olmayan yeni peşələr də formalaşacaq.
"Zamanın və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni ixtisaslar yaranacaq. Buna görə də gənclər yalnız diplom əldə etməklə kifayətlənməməli, daim öz bacarıqlarını inkişaf etdirməli, yeni bilik və kompetensiyalar qazanmalıdırlar. Əmək bazarında uğur qazanmağın əsas şərti dəyişən tələblərə uyğunlaşmaqdır", – deyə Səbuhi Abdullayev əlavə edib.
18:44 / 04 Oktyabr 2026
1
18:34 / 04 Oktyabr 2026
31
17:50 / 04 Oktyabr 2026
62
17:45 / 04 Oktyabr 2026
63
17:35 / 04 Oktyabr 2026
72
17:30 / 04 Oktyabr 2026
378
17:23 / 04 Oktyabr 2026
191
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1843
16:56 / 04 Oktyabr 2026
176
16:55 / 04 Oktyabr 2026
138
16:53 / 04 Oktyabr 2026
155
16:51 / 04 Oktyabr 2026
79
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
97
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
290
13:40 / 04 Oktyabr 2026
77
13:30 / 04 Oktyabr 2026
69
13:15 / 04 Oktyabr 2026
90
12:55 / 04 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.