Xaricdə təhsil almaq istəyənlərə VACİB CAĞIRIŞ
10 İyul 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
75
10.07.2026, 12:54
Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.
Oxu24.com xəbər verir ki, bu barədə FHN-in "Taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair" müraciətində qeyd edilib.
Bildirilib ki, biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır: "taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır, yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir, taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir, biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir, işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır, tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir, əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır, yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışmalı və “112” qaynar xəttinə məlumat verilməlidir".
Nəzərə alınmalıdır ki, biçindən sonra əkin yerinin yandırılması qadağandır və bu əməllərə yol verilməsi inzibati məsuliyyət yaradır.
"Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - deyə, müraciətdə bildirilib.
14:30 / 10 İyul 2026
8
14:26 / 10 İyul 2026
19
14:18 / 10 İyul 2026
38
13:53 / 10 İyul 2026
48
13:52 / 10 İyul 2026
48
13:50 / 10 İyul 2026
46
13:39 / 10 İyul 2026
55
13:17 / 10 İyul 2026
66
13:03 / 10 İyul 2026
64
13:01 / 10 İyul 2026
67
12:55 / 10 İyul 2026
65
12:49 / 10 İyul 2026
57
12:45 / 10 İyul 2026
59
12:40 / 10 İyul 2026
66
12:37 / 10 İyul 2026
68
12:27 / 10 İyul 2026
90
12:27 / 10 İyul 2026
62
12:25 / 10 İyul 2026
126
12:17 / 10 İyul 2026
85
12:05 / 10 İyul 2026
69
12:04 / 10 İyul 2026
71
11:58 / 10 İyul 2026
74
11:52 / 10 İyul 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.