Xaricdə təhsil almaq istəyənlərə VACİB CAĞIRIŞ
10 İyul 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
10.07.2026, 12:40
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşzadəyə ‘"El-yurt hurmati"" (Xalqın və Vətənin Hörməti) ordenini təqdim edib.
Bu barədə Oxu24.com-a QMİ-dən məlumat verilib.
Bununla bağlı Özbəkistan prezidentinin imzaladığı Fərmanda Allahşükür Paşazadənin mənəvi və maarifçilik fəaliyyətlərinin inkişafına töhfə verməsi, dinlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, sülh, humanizm və maarifçilik ideyalarının yayılması, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, dini sahədə ixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi istiqamətləri üzrə xidmətləri qeyd olunub.
Özbəkistanla Azərbaycanla arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edən Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi böyük işləri vurğulayıb, iki ölkə arasındakı müttəfiqlik münasibətlərindən danışıb.
Şavkat Mirziyoyev mənəvi əlaqələrin də inkişaf edtirilməsinin zəruriliyini qeyd edərək, bu gün Özbəkistanın renesans dövrünü yaşadığını, islam irsinin qorunduğunu, xüsusilə İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətə başlaması, Səmərqənddə İmam Buxari Memorial Kompleksinin bərpa olunduğunu diqqətə çatdırıb.
Bu günlərdə Özbəkistanda təqdimatı keçirilən ‘"Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi"" kitabına görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib.
Allahşükür Paşazadə də öz növbəsində Özbəkistan Prezidentinə dərin minnətdarlığını ifadə edərək, Özbəkistanın bu gün yüksək inkişaf və quruculuq yolunda olduğunu deyib.
14:30 / 10 İyul 2026
8
14:26 / 10 İyul 2026
19
14:18 / 10 İyul 2026
38
13:53 / 10 İyul 2026
48
13:52 / 10 İyul 2026
48
13:50 / 10 İyul 2026
46
13:39 / 10 İyul 2026
55
13:17 / 10 İyul 2026
66
13:03 / 10 İyul 2026
64
13:01 / 10 İyul 2026
67
12:55 / 10 İyul 2026
65
12:54 / 10 İyul 2026
74
12:49 / 10 İyul 2026
57
12:45 / 10 İyul 2026
59
12:37 / 10 İyul 2026
68
12:27 / 10 İyul 2026
90
12:27 / 10 İyul 2026
62
12:25 / 10 İyul 2026
126
12:17 / 10 İyul 2026
85
12:05 / 10 İyul 2026
69
12:04 / 10 İyul 2026
71
11:58 / 10 İyul 2026
74
11:52 / 10 İyul 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.