Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda çəyirtkə artımının səbəbi açıqlandı

Azərbaycanda çəyirtkə artımının səbəbi açıqlandı

CƏMİYYƏT

76

09.07.2026, 11:00

Son günlər Azərbaycan ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə miqrasiyası və populyasiya sıxlığının artması səbəbilə müşahidə olunan invaziv növlərə aid bəzi çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib.

Bu barədə Oxu24.com Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik bununla bağlı ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirib.

Laboratoriya analizlərinin nəticələrinə əsasən, ölkə ərazisində karantin tətbiq edilməyən invaziv növlərdən Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsinin miqrasiyası qeydə alınıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, bu növlər Azərbaycan faunası üçün xarakterik deyil və onların Qazaxıstan və Rusiya ərazilərindən miqrasiya etdiyi ehtimal olunur.

Qeyd edək ki, fitosanitar təhlükəsizliyin təmin edilməsi və çəyirtkələrə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə monitorinqlər və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Zərərvericilərin populyasiya sıxlığının nəzarətdə saxlanılması, onların kənd təsərrüfatı sahələrinə vurduğu zərərin minimuma endirilməsi və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

Xatırladaq ki, son günlər Azərbaycanın müxtəlif bölgələrində çəyirtkələrin hədsiz artımı müşahidə olunub.