Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
503
08.07.2026, 18:10
Öd kisəsi xəstəlikləri müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biri hesab olunur. Çox vaxt bu orqanda yaranan daşlar uzun müddət heç bir əlamət büruzə vermədən qala bilir. Pasiyentlər ağrı hiss etmədikləri üçün çox vaxt xəstəliyin ciddi fəsadlar törətməyəcəyini düşünürlər. Lakin tibbi araşdırmalar göstərir ki, simptomsuz keçən xəstəliklər belə hər an kəskinləşmə riski daşıyır. Buna görə də xəstəliyin ilkin mərhələsində düzgün profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.
Oxu24.com xəbər verir ki, tibb elmləri doktoru, ümumi, bariatrik və metabolik cərrah Prof. Dr. Elçin Abdinov öd daşı olan xəstələrin ən çox yol verdiyi səhvlərdən danışıb.
Həkim qeyd edib ki, öd kisəsində daş olan pasiyentlərin ağrısı olmasa belə, pəhriz saxlamamaq tamamilə yanlış bir yanaşmadır:
“Pəhriz öd kisəsinin daha düzgün, daha normal işləməsinə kömək edir və ağrı tutmalarının qarşısını almaqda vacib rol oynayır”.
Hansı qidalar təhlükəlidir?
Cərrah xüsusilə bəzi qida növlərinin öd daşını hərəkətə gətirə biləcəyi və qəfil ağrılara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Öd kisəsində problem olan şəxslər aşağıdakı qidalardan uzaq durmalıdırlar:
•Yağlı yeməklər
•Qızartmalar
•Ədviyyatlı qidalar
•Ağır yeməklər
Dr. Elçin Abdinov vurğulayır ki, daha yüngül və balanslı qidalanma həm mövcud şikayətlərin azalmasına, həm də gələcəkdə yarana biləcək problemlərin qarşısının alınmasına kömək edir.
“Ödünüzdə daş varsa və hələ ki sizi narahat etmirsə, bu, xəstəliyə laqeyd yanaşmaq demək deyil. Sağlamlığınızı qorumaq üçün qidalanma rejiminizə mütləq düzəliş edin”,-deyə həkim əlavə edib.
05:37 / 10 Noyabr 2026
51
05:27 / 10 Noyabr 2026
52
04:34 / 10 Noyabr 2026
91
04:12 / 10 Noyabr 2026
113
02:34 / 10 Noyabr 2026
133
02:02 / 10 Noyabr 2026
127
01:30 / 10 Noyabr 2026
255
01:19 / 10 Noyabr 2026
409
01:00 / 10 Noyabr 2026
182
00:25 / 10 Noyabr 2026
769
00:20 / 10 Noyabr 2026
147
00:14 / 10 Noyabr 2026
370
00:08 / 10 Noyabr 2026
139
23:52 / 09 Noyabr 2026
238
23:52 / 09 Noyabr 2026
1976
23:48 / 09 Noyabr 2026
146
23:42 / 09 Noyabr 2026
359
23:37 / 09 Noyabr 2026
407
23:32 / 09 Noyabr 2026
174
23:28 / 09 Noyabr 2026
184
23:23 / 09 Noyabr 2026
147
23:17 / 09 Noyabr 2026
229
23:12 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.