Xərçəng riskini azaldan EFFEKTLİ ÜSUL
07 İyul 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
126
06.07.2026, 17:43
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsinin icrasına başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə AMZA-nın sədri, layihə rəhbəri Rey Kərimoğlu məlumat yayıb.
Onun sözlərinə görə, əsasən 1990-cı illəri - Qarabağda döyüş əməliyyatlarının intensiv gedən dövrü əhatə edən layihənin 4 aya başa çatdırılması nəzərdə tutulub:
“Layihənin əsas məqsədi əhalinin işğaldan azad edilmiş əraziyə təhlükəsiz qayıdışını təmin etməyə dəstək verməkdir. Bildiyiniz kimi, işğalçı ermənilər Qarabağda böyük sayda mina basdırıb. Eyni zamanda ərazidə xeyli sayda partlamamış hərbi sursat var. Təşkilatımız Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-2025-ci illərdə 19 şəhər və rayonda minadan zərərçəkənlərlə (beynəlxalq forma olan İMİSMA agentləri ilə) sorğular keçirib. 1360 minadan zərərçəkənin mina hadisəsi, onların ehtiyacları öyrənilib.
Bu il biz “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mina insidentinin yerlərini müəyyənləşdirəcəyik. Görəcəyimiz işi daha konkret izah edim: işğaldan azad edilmiş ərazilərdə kim harada minaya düşübsə, həmin şəxsi minaya düşdüyü əraziyə aparacağıq. Birbaşa minaya düşdüyü yerin koordinatları elə ordaca götürüləcək. Mina insidenti yerlərinin koordinatları götürülərək hesabat hazırlanacaq. Bu hesabat ANAMA-ya təqdim ediləcək. Yeri gəlmişkən, xüsusi ilə qeyd edim ki, bu işdə ANAMA rəhbərliyi bizə həmişə dəstək verib. Bu dəfə də onların yaxından dəstəyinə ehtiyacımız olacaq.”
R.Kərimoğlu qeyd edib ki, layihə hələlik Ağdam, Ağdərə və Tərtər rayonlarının ərazisində icra ediləcək:
“Gələcəkdə isə işğaldan azad edilmiş digər ərazilərdə bu iş görüləcək. Açığı, çox unikal, riskli və çətin bir layihədir. Azərbaycanda ilk dəfədir belə bir layihə icra ediləcək. Amma təşkilatımızın yaxşı formalaşmış peşəkar bir komandası var. Eyni zamanda, bu işləri yüksək səviyyədə bilən Beynəlxalq Avrasiya Mətbuat Fondu yenə bizə yaxından dəstək verəcək. Bütün bunları nəzərə alsaq, işimizi uğurla icra edə biləcəyimizə əminik”.
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.