5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
676
06.07.2026, 17:13
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü müxtəlif dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək bir neçə nəfəri aldatmaqla külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində hökm elan olunub.
Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs S.Ə. zərərçəkənlərin etibarını qazanmaq üçün müxtəlif vaxtlarda özünü Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin əməkdaşı kimi təqdim edib. O, cinayət işləri üzrə köməklik göstərəcəyi, məhkumun cəzasının azaldılmasına və ya bəraət almasına nail olacağı, dövlət qurumlarında işə düzəldəcəyi, pensiyanın bərpasını təmin edəcəyi, eləcə də hava limanında işlə təmin edəcəyi barədə yalan vədlər verərək müxtəlif məbləğlərdə pul alıb.
İş materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkənlərdən birindən xaricdə axtarışda olan şəxsin Azərbaycana gətirilməsi və dəymiş ziyanın ödənilməsinə köməklik edəcəyi adı ilə 3 min manat, digər zərərçəkəndən oğlunun Ali Məhkəmədə bəraət alaraq azadlığa buraxılacağı vədi ilə ümumilikdə 130 min manat alaraq mənimsəyib.
Bundan başqa, o, bir nəfərin dayandırılmış əlillik pensiyasının bərpası üçün 6 min manat, başqa bir şəxsin həyat yoldaşını Bakı Hava Limanında işə düzəldəcəyi adı ilə 1 500 manat, daha iki nəfərdən isə dövlət qurumunda işlə təmin olunacaqları vədi ilə ümumilikdə 8 040 manat alıb.
Həmçinin təqsirləndirilən şəxs özünü Ali Məhkəmənin əməkdaşı kimi təqdim edərək başqa bir zərərçəkmişə oğlunun cəzasının azaldılmasına kömək edəcəyini bildirib və bu məqsədlə 5 800 manat pul vəsaitini ələ keçirib.
Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə külli miqdarda dələduzluq kimi qiymətləndirib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, əvvəllər ona tətbiq olunmuş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunub və əvvəlki cəzanın çəkilməmiş hissəsi yeni cəzaya qismən birləşdirilib. Nəticədə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İbtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət cəzadan çıxıldığından, məhkumun üzərində qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
19:23 / 04 Oktyabr 2026
26
19:16 / 04 Oktyabr 2026
40
19:09 / 04 Oktyabr 2026
49
18:44 / 04 Oktyabr 2026
44
18:34 / 04 Oktyabr 2026
41
17:50 / 04 Oktyabr 2026
70
17:45 / 04 Oktyabr 2026
71
17:35 / 04 Oktyabr 2026
78
17:30 / 04 Oktyabr 2026
475
17:23 / 04 Oktyabr 2026
262
17:20 / 04 Oktyabr 2026
52
16:58 / 04 Oktyabr 2026
2207
16:56 / 04 Oktyabr 2026
235
16:55 / 04 Oktyabr 2026
179
16:53 / 04 Oktyabr 2026
198
16:51 / 04 Oktyabr 2026
85
16:49 / 04 Oktyabr 2026
76
14:30 / 04 Oktyabr 2026
101
14:04 / 04 Oktyabr 2026
137
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
72
13:44 / 04 Oktyabr 2026
313
13:40 / 04 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.