Onlar varlanacaqlar
04 Oktyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
505
06.07.2026, 13:07
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Fondun prezidenti, professor Aktotı Raimkulova ilə Həftədə iştirak edən yerli və xarici qonaqlar arasında görüş keçirilib.
Oxu24.com xəbər verir ki, türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, 3 iyul tarixinə təsadüf edən görüşün əsas məqsədi “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən tədbirlərin nəticələrinin ümumiləşdirilməsi, Həftə ərzində irəli sürülən fikir və təkliflərin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslər və strateji perspektivlər ətrafında fikir mübadiləsinin aparılması olub.
Qonaqları salamlayan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Həftə çərçivəsində keçirilən tədbirlərin Türk dünyasının zəngin mədəni və intellektual potensialını nümayiş etdirməklə yanaşı, müxtəlif ölkələrin nümayəndələri arasında dialoqun inkişafına töhfə verdiyini bildirib.
Fondun prezidenti Həftənin yekunlarının yalnız keçirilmiş tədbirlərin nəticələrinin dəyərləndirilməsi ilə məhdudlaşmadığını, burada formalaşan yeni ideyaların və təşəbbüslərin gələcək layihələr üçün mühüm zəmin yaratdığını vurğulayıb.
Səmimi və konstruktiv müzakirələr şəraitində keçən görüş zamanı yerli və xarici qonaqlar “Türk Dünyası Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüb, keçirilən tədbirlərin məzmunu və əhəmiyyəti barədə fikirlərini ifadə ediblər. İştirakçılar Həftənin Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələri vahid platformada bir araya gətirməsini yüksək qiymətləndirərək, bu formatın gələcəkdə davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Müzakirələr zamanı “Türk Dünyası Həftəsi”nin yüksək səviyyədə təşkili və uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, eləcə də əməyi keçən bütün tərəfdaşlara dərin minnətdarlıq ifadə olunub.
Sonda tərəflər “Türk Dünyası Həftəsi” çərçivəsində qurulan dialoqun və yaranan əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb, irəli sürülən təşəbbüslərin gələcək birgə layihələrə çevriləcəyinə əminliklərini bildiriblər.
21:07 / 04 Oktyabr 2026
28
20:53 / 04 Oktyabr 2026
47
20:43 / 04 Oktyabr 2026
46
20:21 / 04 Oktyabr 2026
50
20:06 / 04 Oktyabr 2026
81
19:55 / 04 Oktyabr 2026
61
19:44 / 04 Oktyabr 2026
177
19:23 / 04 Oktyabr 2026
65
19:16 / 04 Oktyabr 2026
110
19:09 / 04 Oktyabr 2026
100
18:44 / 04 Oktyabr 2026
92
18:34 / 04 Oktyabr 2026
71
17:50 / 04 Oktyabr 2026
95
17:45 / 04 Oktyabr 2026
89
17:35 / 04 Oktyabr 2026
93
17:30 / 04 Oktyabr 2026
601
17:23 / 04 Oktyabr 2026
503
17:20 / 04 Oktyabr 2026
65
16:58 / 04 Oktyabr 2026
3184
16:56 / 04 Oktyabr 2026
425
16:55 / 04 Oktyabr 2026
291
16:53 / 04 Oktyabr 2026
602
16:51 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.