Pulun həmişə çay kimi axdığı insanların doğum tarixləri
04 Oktyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
06.07.2026, 10:45
6 il əvvəl ABŞ-yə köçən azərbaycanlı aparıcı və aktrisa Tunay Əliyeva paylaşımı ilə diqqət çəkib.
Oxu24.com “Qafqazinfo”a istinadən xəbər verir ki, hazırda Vaşinqtonda yaşayan aparıcı sosial şəbəkə hesabında paylaşım edərək restoranda işlədiyini bildirib.
“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!
“Amerikada 6 ilim tamam oldu. Amma bu 6 ildə səhhətimlə bağlı o qədər əziyyətlər çəkdim ki, nə siz soruşun, nə də mən danışım. O dəhşətli günləri xatırlamaq belə istəmirəm. Buna baxmayaraq, o ağır xəstəliklərlə mübarizə apara-apara işləməli idim. Elə buna görə də bu 6 ildən sonra hələ də maddi baxımdan demək olar ki, eyni nöqtədəyəm. Amma bu gün sağlamam, güclüyəm, ümidlə doluyam və çox xoşbəxtəm. Həftəsonları restoranda işləyirəm və bu fiziki əmək sanki mənə böyük bir həyat məktəbi keçir”.
Aparıcı paylaşımında işindən utanmadığını da vurğulayıb:
“Mənim üçün azad və müstəqil olmaq heç vaxt məsuliyyətsizlik demək olmayıb. Əksinə, azadlıq öz zəhmətinlə yaşamaq, heç kimə yük olmamaq, alın təri ilə qazandığın çörəyi qazanmaq və həyatının məsuliyyətini öz üzərinə götürməkdir.
Əziz gənclər, unutmayın: heç bir halal əmək insanı kiçiltmir. İnsanı kiçildən zəhmətlə qazanılmış çörək deyil. Utanılacaq şeylər tamam başqadır. Məsələn, mənbəyi məlum olmayan, yüz minlərlə dəyəri olan mülklər və ya avtomobillər. Bax, əslində onların sahibi olanlar utanmalıdır. Halal zəhməti ilə yaşayan biz yox”.
Qeyd edək ki, T.Əliyeva uzun müddət Azərbaycanda müxtəlif telekanallarda çalışıb. Eyni zamanda, o aktrisa kimi də fəaliyyət göstərib.
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.