Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1502
06.07.2026, 00:12
Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 5-i axşam saatlarında Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi dron hücumuna məruz qalıb. Hücum nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
"SOCAR Energy Ukraine" şirkəti məlumatı təsdiqləyərək bildirib ki, üç ədəd "Şahed" tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib.
Şirkətin məlumatına görə, qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb.
Qeyd edək ki, Rusiya ordusu son günlər Ukraynanın müxtəlif bölgələrində yerləşən yanacaqdoldurma məntəqələrinə kütləvi hava zərbələri endirir.
Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın "SOCAR Energy Ukraine" şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi.
Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına "Şahed" tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.