1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
521
04.07.2026, 19:57
Son zamanlar kirayəçi və ev sahibi arasında yaranan qeydiyyat problemləri ilə bağlı suallar artmaqdadır. Çünki rəqəmsallaşma dövründə dövlət xidmətlərindən yararlanmaq üçün yaşayış yerinin rəsmi sənədlərlə təsdiqlənməsi lazım gəlir.
Məsələn, sosial yardım, müavinət almaq və icbari tibbi xidmətlər və s. üçün qeydiyyat tələb olunur. Ev sahibi də bunları nəzərə alır, başqa sözlə insanlıq göstərir, anlayışlı davranır, günün birində isə etdiyi yaxşılığın cəzasını çəkir. Kirayəçi mənzildə uzun müddət yaşamasını, qeydiyyatda olmasını səbəb gətirərək evdən pay hüququ tələb edir.
Bəs bütün bu sadalananlar kirayəçi üçün mülkiyyət hüququ yaradırmı?
Oxu24.com xəbər verir ki, hüquqşünas Rafiz Hətəmov Bizim.Media-ya deyir ki, təkcə uzun müddət hansısa evdə yaşamaq və ya ev sahibi ilə dostluq-qohumluq əlaqəsi olmaq kirayəçiyə mənzildən pay hüququ vermir. Pay yalnız mülkiyyət hüququ verən sənədlə əldə olunur.
Əgər kirayənişin öz vəsaiti ilə evi əsaslı təmir etdiribsə, yaxud mənzilin yığılıb qalmış kommunal haqlarını ödəyibsə, o zaman evdən pay ala bilərmi?
Hüquqşünas bu halda da kirayənişin arzusunun ürəyində qalacağını deyir. Belə məqamda kirayəçi yalnız mülki iddia qaldırıb çəkdiyi xərclərə görə kompensasiya tələb edə bilər:
“Kirayəçi xərc çəkdiyi üçün evə ortaq ola bilməz. Mənzil yenə də sahibinin mülkiyyəti olaraq qalır. Burda bir nüans var ki, kirayə qalan şəxs evi ciddi təmir edibsə və bu təmirdən sonra mənzilin satış dəyəri artıbsa, o zaman məhkəmədə iddia qaldırıb o vəsaitdən payını tələb edə bilər, lakin evə mülkiyyətçi tələbi qoya bilməz. Yaxud da kirayə müqaviləsində göstərilən aylıq kommunal ödənişlərindən əlavə, əvvəldən qalmış borcları da ödəyibsə, bunu da sübutla tələb edib çəkdiyi xərcləri götürə bilər”.
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.