Xərçəng riskini azaldan EFFEKTLİ ÜSUL
07 İyul 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
335
02.07.2026, 17:41
Yazıçı Orxan Saffari Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın qızı Günel Anarqızı ilə bağlı sərt fikirlər səsləndirib.
O, “Facebook” sosial şəbəkə hesabında paylaşdığı geniş statusda Günel Anarqızının yaradıcılığını tənqid edib, onun ədəbi fəaliyyətini və yazıçı kimi qəbul olunmasını sual altına alıb.
Gənc yazıçı paylaşımında “Doğrudur, AYB sədri Anarın qızı Günel Anarqızı ədəbi dairələrdə, ümumən ədəbi elita arasında yazıçı kimi təsdiq olunmayıb. Ancaq başqa dairələrdə belə qəbul edilir. Bu səbəbdir ki, hazırda Bakı Kitab Mərkəzinin də direktoru odur. Onu deyim, Anar sədr, insan kimi necə olmasından asılı olmayaraq, istedadsız adam deyil. Ancaq görünür, istedad Günel Anarqızına heç irsən də keçməyib. Bu, əslində, bir az da kədərlidir. Atan Anar olur, baban Rəsul Rza, nənən Nigar Rəfibəyli, sən isə ən yaxşı halda elə direktor ola bilirsən”, – deyə qeyd edib.
Oxu24.com xəbər verir ki, “Cebheinfo.az”-a açıqlamasında Xalq yazıçısı Anar həmin şəxsin istedadsız olduğunu düşündüyü üçün ona öz istedadından bir parça verməyə hazır olduğunu deyib:
“Bəlkə onda adam oldu. Ona istedadımdan bir parça verərəm. Çünki görünür ki, tamamilə “бездарный” (bezdarnıy) adamdır. Günel də onun istedad payını verə bilər, mən də verə bilərəm. Bəlkə onda adam oldu”.
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.