Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib
10 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
631
02.07.2026, 15:38
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, türkiyəli qonaqları salamlayan general-mayor G.Əbdülov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı inam, etimad və dostluq münasibətlərinə əsaslandığını qeyd edib. O, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onun müsbət nəticələrindən danışıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
General-leytenant B.Aktaş səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, uzun müddətdən sonra ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Ordusunun keçdiyi uğurlu inkişaf yolunun digər ölkələr üçün əsl nümunə olduğunu qeyd edən Türkiyə MMU-nun rektor müavini əməkdaşlığımızın bundan sonra da bir millət, iki dövlət devizi altında davam etdiriləcəyinə əminliyini bildirib.
Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, peşəkar kadr heyətinin hazırlanması, eləcə də təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin vacibliyi diqqətə çatdırılıb, maraq doğuran bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
General-leytenant B.Aktaş xatirə kitabına ürək sözlərini yazdıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.