7 yaşlı Nihat ağır xəstədir - Ana xeyirxah insanlardan yardım gözləyir
10 Noyabr 2026, 10:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
840
30.06.2026, 18:45
Təbabətdə arterial hipertenziya kimi tanınan yüksək qan təzyiqi bəzi hallarda genetik faktorlardan asılı olsa da, təxminən 10% hallarda digər ikincili səbəblərdən, xüsusilə də daxili sekresiya vəzilərinin xəstəliklərindən qaynaqlana bilər.
Oxu24.com xəbər verir ki, tanınmış mütəxəssis, endokrinoloq Dr. Hidayət Məmmədzadə yüksək təzyiqə səbəb olan endokrin xəstəliklər barədə danışıb və bu problemin vaxtında araşdırılmasının əhəmiyyətini vurğulayıb.
Dr. Hidayət Məmmədzadə arterial təzyiqin artmasına təsir edən əsas vəziləri və patologiyaları belə sıralayıb:
1. Tireotoksikoz (Zəhərli zob): Əhali arasında zəhərli zob kimi tanınan bu xəstəlik qan təzyiqinin yüksəlməsinə səbəb olan çox ciddi bir faktordur və endokrinoloji baxımdan mütləq yoxlanılmalıdır.
2. Hipofiz vəzinin xəstəlikləri: Hipofiz mənşəli problemlər içərisində təzyiqi artıran iki mühüm xəstəlik var:
•Kuşinq (Cushing) xəstəliyi: Kortizol hormonunun yüksəlməsi ilə müşayiət olunur.
•Akromeqaliya: Böyümə hormonunun normadan artıq ifrazı ilə xarakterizə olunur.
3. Hiperparatiroidizm: Paratiroid vəzinin bu xəstəliyi qanda kalsiumun miqdarını artırır. Kalsium damar divarına çökərək damarların mənfəzini daraldır və bədəndə suyun tutulmasına səbəb olmaqla təzyiqi yüksəldir.
4. Böyrəküstü vəzinin xəstəlikləri: Bu qrupda xüsusilə üç əsas xəstəlik önə çıxır:
•Kuşinq sindromu: Böyrəküstü vəzidə kortizol hormonunun çox ifrazı.
•Konn (Conn) sindromu: Aldosteron hormonunun yüksəlməsi ilə gedən xəstəlik.
•Feoxromositoma: Böyrəküstü vəzinin beyin maddəsində inkişaf edən, əksərən xoşxassəli, nadir hallarda isə onkoloji xarakter daşıyan və təzyiqi kəskin artıran hormonlar ifraz edən şişlər.
Bunlardan başqa, müəyyən neyroendokrin törəmələr və digər hormonal pozuntular da ikincili hipertenziyaya yol aça bilir.
Gənc yaşda dərmanlara tabe olmayan təzyiqə DİQQƏT!
Həkim xüsusilə gənc yaş qrupunda olan, qəbul etdikləri dərman preparatlarına rəğmən qan təzyiqi normaya düşməyən xəstələrə xəbərdarlıq edib. Onun sözlərinə görə, kardioloqlar tərəfindən bu növ xəstələrin endokrinoloqlara yönləndirilməsi şərtdir:
“Çünki bu xəstəlikləri vaxtında müalicə etdiyimiz zaman xəstə həm təzyiq dərmanlarından, həm də yüksək təzyiqin yarada biləcəyi qorxulu, ağır fəsadlardan birdəfəlik azad olur və sağlam həyata qayıdır. Bu baxımdan təzyiqin endokrinoloji qaynaqlı olub-olmamasının araşdırılması olduqca vacibdir”.
10:32 / 10 Noyabr 2026
21
10:28 / 10 Noyabr 2026
37
10:21 / 10 Noyabr 2026
43
10:17 / 10 Noyabr 2026
54
10:15 / 10 Noyabr 2026
58
10:10 / 10 Noyabr 2026
51
09:50 / 10 Noyabr 2026
149
09:46 / 10 Noyabr 2026
87
09:35 / 10 Noyabr 2026
111
09:26 / 10 Noyabr 2026
150
09:19 / 10 Noyabr 2026
109
08:56 / 10 Noyabr 2026
201
08:46 / 10 Noyabr 2026
211
08:42 / 10 Noyabr 2026
1955
05:37 / 10 Noyabr 2026
159
05:27 / 10 Noyabr 2026
255
04:34 / 10 Noyabr 2026
159
04:12 / 10 Noyabr 2026
218
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
169
01:30 / 10 Noyabr 2026
437
01:19 / 10 Noyabr 2026
595
01:00 / 10 Noyabr 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.