Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
07 İyul 2026, 11:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
479
30.06.2026, 15:57
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) icraçı direktoru Anar Bayramovun qurumun tabeçiliyində olan səhiyyə strukturlarında kadr dəyişiklikləri davam edir.Bir neçə gün əvvəl TƏBİB-in yeni sədrinin Respublika Neyrocərrahiyyə İnstitutunun direktoru Fərhad Həsənovu işdən azad etməsinə dair yayılan məlumatlar təsdiqini tapmayıb.
Oxu24.com xəbər verir ki, Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, hələ ötən ay Fərhad Həsənovdan işdən getməsi üçün könüllü ərizə yazmaq tələb olunsa da, o, buna razılaşmayıb.
Sonradan məzuniyyətə yollanan Fərhad Həsənovu ötən müddət ərzində işdən kənarlaşdırmaq mümkün olmayıb.
Saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, bir neçə gün əvvəl yenidən işə çıxan direktora növbəti dəfə ərizə yazması təklif edilib.
Lakin Fərhad Həsənov bu dəfə də TƏBİB rəhbərliyinin tələbini rədd edib.
Məlumatda o da bildirilir ki, TƏBİB rəhbərliyi Respublika Neyrocərrahiyyə İnstitutunda yoxlamalar təşkil etmək və direktorun fəaliyyətini təftiş eləmək qərarına gəlib.
Məsələ ilə bağlı Fərhad Həsənovun mövqeyini öyrənmək istəsək də, lakin direktor ona edilən zəngləri cavabsız qoyub.
12:00 / 07 İyul 2026
8
11:58 / 07 İyul 2026
15
11:52 / 07 İyul 2026
76
11:51 / 07 İyul 2026
22
11:33 / 07 İyul 2026
40
11:22 / 07 İyul 2026
63
11:10 / 07 İyul 2026
58
11:09 / 07 İyul 2026
55
11:05 / 07 İyul 2026
54
11:01 / 07 İyul 2026
176
10:53 / 07 İyul 2026
236
10:48 / 07 İyul 2026
58
10:46 / 07 İyul 2026
60
10:39 / 07 İyul 2026
71
10:32 / 07 İyul 2026
62
10:15 / 07 İyul 2026
394
10:12 / 07 İyul 2026
77
09:59 / 07 İyul 2026
76
09:58 / 07 İyul 2026
962
09:38 / 07 İyul 2026
504
09:34 / 07 İyul 2026
151
09:27 / 07 İyul 2026
71
09:24 / 07 İyul 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.