Qazaxda avtomobil yanıb
10 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3027
29.06.2026, 17:13
Tibb müəssisələrində çalışan əməkdaşların iş mühiti, etik davranış qaydalarının pozulması, peşəkar münasibətlərdə yaranan problemlər və səlahiyyətdən sui-istifadə halları ilə bağlı narahatlıqlarını bildirmələri üçün TƏBİB tərəfindən yeni "Etimad Xətti"nin yaradılması planlaşdırılır. Bu təşəbbüsün tibb sektorundakı mövcud mühitə və xidmət keyfiyyətinə uzunmüddətli təsirləri barədə Oxu24.com-a səhiyyə eksperti Adil Qeybulla danışıb.
Ekspert bu addımın müəyyən məqsədlərə xidmət etdiyini qeyd etsə də, qərarın icra mexanizmindəki bəzi risklərə diqqət çəkib və məsələyə daha fundamental yanaşmağın vacibliyini vurğulayıb.
“Sui-istifadəyə əsas yaradılmamalıdır"
Adil Qeybulla bildirib ki, qəbul edilən qərarlar və tətbiq olunan yeniliklər gələcəkdə hər hansı sui-istifadə hallarına yol açmamalıdır:
“Elə mexanizmlər qurulmalıdır ki, onlar subyektiv narazılıqlar zəminində sui-istifadəyə əsas yaratmasın. Hər hansı səbəbdən qeyzlənən bir şəxs bu xətt vasitəsilə istənilən məlumatı ötürə bilər. Belə olan halda, daxil olan iddiaların yoxlanılması, araşdırılması üçün əlavə işçi qüvvəsi, komissiyalar və resurslar tələb olunacaq ki, bu da prosesi mürəkkəbləşdirə bilər”.
Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə tibb personalı ilə xəstələr, eləcə də həmkarlar arasındakı münasibətlər daha çox hüquqi sənədlərlə tənzimlənir:
"Dünyanın hər yerində həkimlə xəstə, yaxud həkimlə digər tibbi personal arasındakı münasibətləri hüquqi baxımdan tənzimləyən fundamental bir sənəd — “Həkim Etikası Kodeksi” mövcuddur. Bu kodeks sadəcə tövsiyə xarakterli deyil, hüquqi məsuliyyət yaradan sənəddir. Hesab edirəm ki, bizdə də beynəlxalq standartlara uyğun belə bir kodeks qəbul edilməlidir ki, hər kəs öz hüquq və vəzifələrinin hüdudlarını dəqiq bilsin”.
A. Qeybulla həmçinin xəbərdarlıq edib ki, bu növ nəzarət mexanizmləri düzgün idarə olunmadıqda tibb işçilərində müəyyən çəkinmələrə səbəb ola bilər:
"Əgər şəffaflıq və obyektivlik tam qorunmasa, həkimlər gələcəkdə ağır və ya problemli xəstələrə yaxın durmaqdan, riskli prosedurları icra etməkdən çəkinə bilərlər. Bu isə ümumi müalicə prosesinə mənfi təsir göstərər. Hər hansı bir qərar qəbul edilərkən onun bütün mümkün fəsadları, əks təsirləri və uzunmüddətli nəticələri dərindən analiz edilməlidir”.
Ekspert yekun olaraq qeyd edib ki, yeni planlaşdırılan sistemin tibb mühitində hansı dərəcədə müsbət dəyişikliklərə səbəb olacağını yalnız onun praktiki tətbiqi və daxil olan müraciətlərə yanaşma tərzi göstərəcək.
Çimnaz Telmanqızı
11:04 / 10 Noyabr 2026
14
10:45 / 10 Noyabr 2026
60
10:39 / 10 Noyabr 2026
147
10:32 / 10 Noyabr 2026
72
10:28 / 10 Noyabr 2026
112
10:21 / 10 Noyabr 2026
140
10:17 / 10 Noyabr 2026
95
10:15 / 10 Noyabr 2026
112
10:10 / 10 Noyabr 2026
88
09:50 / 10 Noyabr 2026
251
09:46 / 10 Noyabr 2026
96
09:35 / 10 Noyabr 2026
125
09:26 / 10 Noyabr 2026
170
09:19 / 10 Noyabr 2026
115
08:56 / 10 Noyabr 2026
223
08:46 / 10 Noyabr 2026
290
08:42 / 10 Noyabr 2026
2486
05:37 / 10 Noyabr 2026
163
05:27 / 10 Noyabr 2026
263
04:34 / 10 Noyabr 2026
163
04:12 / 10 Noyabr 2026
219
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.