8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1162
29.06.2026, 12:01
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə Mütləq Döyüş Çempionatını (UFC) izləməsini əks etdirən görüntülər yayılıb.
Oxu24.com xəbər verir ki, həmin video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntülərdən aydın olur ki, Hacı Surxay məsciddə gecənin əsas döyüşü olan Rafael Fiziyev - Manuel Torres qarşılaşmasını izləyib və Fiziyevin qələbəsinə sevinib. Lakin bu, izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri ibadət ocağında belə izləmənin düzgün olmadığını qeyd edib.
Məsələ ilə əlaqədar saytımıza açıqlama verən Hacı Surxay bildirib ki, burada qeyri-etik və ya dinə zidd məqam yoxdur: “İslam dini sadəcə ibadət rituallarından ibarət deyil; o, həyatın özüdür, gözəl əxlaqdır və cəmiyyətlə bütövləşməkdir. Məscidlər isə təkcə namaz qılınan məkan deyil, həm də möminlərin bir araya gəldiyi, bir-birinin sevincini və kədərini paylaşdığı mənəvi evimizdir.
Mənim orada döyüşünü izlədiyim gənc sıradan bir idmançı deyil. O, bizim məscidə gələn, namaz qılan, əxlaqı ilə hər kəsə nümunə olan, qəlbi vətən sevgisi ilə döyünən bir mömin qardaşımızdır. O, beynəlxalq arenada Azərbaycanı təmsil edir, üçrəngli bayrağımızı ucaldır, dövlətimizin adını idman dünyasında tanıdır. Bir din xadimi, bir imam olaraq, öz gəncimizin vətənpərvərlik və idman uğuruna sevinmək, ona mənəvi dəstək olmaq mənim həm insani, həm də dini vəzifəmdir.
Peyğəmbərimizin dövründə də məscidlərdə cəmiyyətin müxtəlif sosial məsələləri müzakirə olunar, gənclərin fiziki hazırlığına və güclü olmasına önəm verilərdi. Güclü və sağlam mömin zəif mömindən daha xeyirlidir. Biz gənclərimizin qələbə sevincini məsciddə paylaşmaqla onlara tək olmadıqlarını, dinimizin onların halal uğurlarını dəstəklədiyini göstəririk. Burada tənqid olunası heç bir qeyri-etik və ya dinə zidd məqam yoxdur. Əksinə, gəncliyə sahib çıxmaq var”.
Hacı Surxay əlavə edib ki, belə gənclərin arxasında olmalı, onlara dəstək verilməlidir: “Biz dövlətinə, bayrağına, xalqına xidmət edən hər bir gəncin arxasındayıq. Mətbuatdan və ictimaiyyətdən də xahiş edirəm ki, məsələlərə zahiri pərdə arxasından deyil, mahiyyəti ilə baxsınlar. Biz o döyüşü izləyərkən sadəcə bir idman yarışı görmürdük; biz orada Azərbaycan gəncinin əzmini, bayrağımızın dalğalanma ehtimalının həyəcanını yaşayırdıq.
Uca Allah gənclərimizi, idmançılarımızı və dövlətimizi qorusun. Biz bundan sonra da vətəninə xidmət edən hər bir övladımıza xeyir-dua verməyə və onların yanında olmağa davam edəcəyik”.
Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib. Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib.
Qafqazinfo
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.