Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
525
26.06.2026, 23:44
İşıqlı mühitdən qaranlığa keçdikdə ilk saniyələrdə hər şeyi tam qaranlıq görsək də, bir neçə saniyə sonra gözlərimiz adaptasiya olunur və otaqdakı əşyaları (tam aydın olmasa də) seçməyə başlayırıq. Bəs bu proses necə tənzimlənir, sağlam gözlə xəstə gözün reaksiyası arasında hansı fərqlər var və hansı hallarda adaptasiya prosesi ciddi şəkildə gecikir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan tanınmış həkim-oftalmoloq Ruslan Məmmədov mühüm məqamlara toxunub.
Həkim bildirib ki, qaranlığa adaptasiya prosesi gözün torlu qişasının sağlam olub-olmamasından birbaşa asılıdır:
“Gözündə hər hansı bir patologiyası olmayan, sağlam insanlarda qaranlığa adaptasiya çox tez baş verir. Yəni işıqdan qaranlığa keçid zamanı gözün yeni mühitə uyğunlaşması cəmi bir neçə saniyə çəkir və insan ətrafındakı predmetləri ayırd edə bilir. Lakin gözündə problem olan şəxslərdə bu mexanizm fərqli işləyir”.
Oftalmoloqun sözlərinə görə, bəzi spesifik və xroniki xəstəliklər var ki, onlar birbaşa gözün torlu qişasına təsir edərək adaptasiya prosesini ciddi şəkildə ləngidir. Həmin patologiyalar sırasına aşağıdakılar daxildir:
1.Şəkərli diabet: Bu xəstəlik fonunda göz dibində və torlu qişada yaranan fəsadlar fərdlərdə qaranlığa uyğunlaşma qabiliyyətini aşağı salır.
2.Torlu qişanın piqmentli degenerasiyası: Tibbi dildə belə adlandırılan bu patologiya xalq arasında daha çox “toyuq korluğu" kimi tanınır.
Ruslan Məmmədov qeyd edib ki, yuxarıda sadalanan xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə təkcə işıqdan qaranlığa deyil, eyni zamanda qaranlıqdan işıqlı mühitə keçid də problemli olur. Bu qrup insanlarda adaptasiya müddəti normadan qat-qat uzanır və onlar ətraf mühiti çox daha gec və çətinliklə qavramağa başlayırlar.
Ona görə də, qaranlıq mühitə keçərkən gözlərinizin uyğunlaşmasında ciddi və uzunmüddətli ləngimələr hiss edirsinizsə, vaxtında həkim-oftalmoloq müayinəsindən keçmək və torlu qişanın vəziyyətini yoxlatmaq tövsiyə olunur.
22:25 / 21 Avqust 2026
42
22:11 / 21 Avqust 2026
53
21:57 / 21 Avqust 2026
62
21:30 / 21 Avqust 2026
59
20:56 / 21 Avqust 2026
63
20:52 / 21 Avqust 2026
63
20:14 / 21 Avqust 2026
74
19:42 / 21 Avqust 2026
88
19:21 / 21 Avqust 2026
90
19:08 / 21 Avqust 2026
165
18:46 / 21 Avqust 2026
96
18:41 / 21 Avqust 2026
76
18:33 / 21 Avqust 2026
92
18:20 / 21 Avqust 2026
74
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
95
17:45 / 21 Avqust 2026
119
17:30 / 21 Avqust 2026
99
17:10 / 21 Avqust 2026
131
17:00 / 21 Avqust 2026
85
16:58 / 21 Avqust 2026
96
16:46 / 21 Avqust 2026
88
16:32 / 21 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.