Xərçəng riskini azaldan EFFEKTLİ ÜSUL
07 İyul 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
450
26.06.2026, 12:50
26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Son illər ölkənin hərbi və təhlükəsizlik sistemində qadınların sayı da artmaqdadır. Onlar yalnız tibb və inzibati sahələrdə deyil, zabit, gizir, dövlət qulluqçusu, polis əməkdaşı və rəhbər vəzifələrdə də fəaliyyət göstərirlər.
Oxu24.com Modern.az müxtəlif dövlət qurumlarından əldə etdiyi rəsmi məlumatlar əsasında hərbi və təhlükəsizlik sistemində çalışan qadınlarla bağlı statistik göstəriciləri təqdim edir.
Ən çox qadın əməkdaşın çalışdığı qurumlardan biri Müdafiə Nazirliyidir. Nazirliyin məlumatına görə, Azərbaycan Ordusunda 329 nəfər zabit və gizir qadın hərbi qulluqçu, 1602 nəfər müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın hərbi qulluqçu fəaliyyət göstərir. Bundan başqa, orduda 10 218 qadın mülki işçi çalışır. Rəhbər vəzifələrdə isə 4 qadın hərbi qulluqçu və 2 qadın mülki işçi təmsil olunur. pizza hut
Daxili İşlər Nazirliyində xidmət edən əməkdaşların 12 faizini, yəni 4 134 nəfərini qadınlar təşkil edir. Rəhbər vəzifələrdə çalışan qadın əməkdaşların sayı 64 nəfərdir. 2025-ci ildə DİN-də çalışan qadınların sayı əvvəlki illə müqayisədə 2,3 faiz artıb. Həmin il xidmətə qəbul olunan 2 406 nəfərdən 115-i qadın olub.
Polis Akademiyasında da qadınların sayı artmaqdadır. 2020-2025-ci illərdə akademiyaya qəbul olunan 3 267 nəfərdən 24-ü qadın olub. Təkcə 2025-ci ildə qəbul olunan qadınların sayı əvvəlki illərlə müqayisədə artım göstərib.
Dövlət Təhlükəsizliyi Xidmətində isə qadınların hərbi xidmətə və işə qəbulu, eləcə də məsul vəzifələrə irəli çəkilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda DTX əməkdaşlarının 22 faizini qadınlar təşkil edir. Onlardan 38 nəfəri rəhbər vəzifədə çalışır. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 34 nəfər idi.
Dövlət Sərhəd Xidmətində 2025-ci ildə struktur qurumlarının ümumi işçi heyətinin 13 faizini qadınlar təşkil edib. Rəhbər vəzifələrdə çalışanların 1,52 faizi qadın olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümumi heyətin 32 faizi qadınlardan ibarətdir. Rəhbər vəzifələrdə çalışanların isə 3 faizi qadınlardır.
Rəsmi statistikalar göstərir ki, qadınlar Azərbaycanın hərbi və təhlükəsizlik sistemində getdikcə daha geniş təmsil olunurlar. Onlar həm hərbi qulluqçu, həm polis əməkdaşı, həm də dövlət qulluqçusu kimi ölkənin müdafiə və təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevriliblər.
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.