Xərçəng riskini azaldan EFFEKTLİ ÜSUL
07 İyul 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1399
25.06.2026, 15:05
Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydalarına dəyişiklik edilib.
Oxu24.com Ajans.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.
Mövcud qanunvericiliyə görə, işçiyə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda işçi onlardan imtina etməlidir.
Dəyişikliyə əsasən, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə deyil, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq səlahiyyətli struktur bölməyə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi fövqəladə hallar orqanına akt üzrə təhvil verilməlidir.
Həmçinin, hazırda qüvvədə olan qərara görə, işçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Dəyişikliyə əsasən, işçi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinə yox, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq səlahiyyətli struktur bölmənin rəyini öyrənməlidir.
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.