8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
699
23.06.2026, 00:08
Bir çox vətəndaş yaxınlarını itirdikdən sonra dəfn müavinətinin alınma proseduru ilə bağlı çətinlik yaşayır. Mövcud qanunvericiliyə əsasən, bu sosial ödənişdən Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.
Oxu24.com xəbər verir ki, qaydalara görə, ömürlük, yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə sosial müavinət alan şəxslər, həmçinin işsizlikdən sığorta ödənişi alan sığortaolunanlar vəfat etdikdə onların dəfni ilə bağlı xərcləri qarşılayan şəxsə 600 manat məbləğində dəfn müavinəti verilir.
.
Əmək pensiyaçılarının vəfatı halında isə ödənilən məbləğ fərqlidir. Bu halda dəfn müavinəti əmək pensiyasının minimum məbləğinin üç misli həcmində hesablanır.
Müavinətin alınması üçün müəyyən edilmiş vaxt məhdudiyyəti yoxdur. Ödəniş, mərhumun dəfni ilə bağlı xərcləri öz üzərinə götürən şəxsə təqdim edilir.
Müraciət etmək istəyən vətəndaşlar yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinə, "DOST" mərkəzlərinə və ya şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi müəyyən olunmuş şəxslər üçün fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.
Dəfn müavinətinin rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
Vəfat edən şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;
Dəfn müavinətinin verilməsi üçün Ədliyyə Nazirliyinin qeydiyyat orqanı tərəfindən təqdim olunan arayış;
Dəfni təşkil edən şəxslə bağlı təsdiqedici sənəd.
Əlavə olaraq, mərhum 1 mart 2019-cu il tarixindən əvvəl vəfat edibsə, dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti nümayəndəliyinin arayışı tələb olunur. Həmin tarixdən sonra baş vermiş ölüm hallarında isə bu məlumat bələdiyyə tərəfindən verilən arayışla təsdiqlənməlidir.
Mütəxəssislər vətəndaşlara sənədləri tam şəkildə topladıqdan sonra müraciət etməyi tövsiyə edirlər ki, müavinətin təyin olunması prosesi daha operativ həyata keçirilsin.(Milli.az)
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.