Dekabrda neçə gün iş olmayacaq?
10 Noyabr 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
636
22.06.2026, 21:00
Su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.
ADSEA-dan Oxu24.com-a verilən məlumata görə, nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə bir neçə gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.
Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:
Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Suraxanı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00
Binəqədi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00
Nərimanov rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00
Yasamal rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00
Sabunçu rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-12:00, 22:00-02:00
Xəzər rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 00:00-12:00
Pirallahı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-17:00
Nəsimi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-21:00
Qeyd edək ki, bəzi ünvanlarda yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinlik daha çoxdur. Bu kimi ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir. Bir daha xatırladaq ki, tənzimləmə işləri sürətlə və fasiləsiz şəkildə aparılır.
Su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik.
14:20 / 10 Noyabr 2026
28
14:09 / 10 Noyabr 2026
46
14:00 / 10 Noyabr 2026
303
13:44 / 10 Noyabr 2026
81
13:38 / 10 Noyabr 2026
239
13:26 / 10 Noyabr 2026
870
13:24 / 10 Noyabr 2026
101
13:20 / 10 Noyabr 2026
252
13:05 / 10 Noyabr 2026
137
13:00 / 10 Noyabr 2026
117
12:37 / 10 Noyabr 2026
366
12:31 / 10 Noyabr 2026
112
12:21 / 10 Noyabr 2026
478
12:18 / 10 Noyabr 2026
132
12:04 / 10 Noyabr 2026
142
12:00 / 10 Noyabr 2026
310
11:45 / 10 Noyabr 2026
2335
11:42 / 10 Noyabr 2026
108
11:39 / 10 Noyabr 2026
129
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
223
11:04 / 10 Noyabr 2026
129
10:45 / 10 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.