1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
21928
22.06.2026, 19:29
Pensiya islahatlarında mühüm addım: Qadınların pensiya yaşı kişilərlə eyniləşir
Azərbaycanda pensiya islahatları çərçivəsində müəyyən edilmiş keçid dövrü növbəti mühüm mərhələyə qədəm qoyur. "Əmək pensiyaları haqqında" Qanuna əsasən, ölkədə qadınların pensiya yaşı hər il 6 ay artırılaraq kişilərin pensiya yaşı ilə bərabərləşdirilir. Bu prosesin davamı olaraq, 2026-cı il iyulun 1-dən etibarən qadınların da pensiya yaşı 65-ə çatacaq. Beləliklə, Azərbaycanda qadınlar və kişilər üçün yaşa görə əmək pensiyasına çıxma yaşı tamamilə eyniləşəcək.
Bəs qadın və kişilər üçün pensiya yaşının eyniləşdirilməsi hansı zərurətdən irəli gəlir? Bu dəyişiklik əmək bazarına və məşğulluğa necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev cavablandırıb.
Ruslan Atakişiyev qeyd edib ki, hazırda həm qadınlarda, həm də kişilərdə pensiya yaşının 65-ə çatdırılması prosesi müşahidə olunur. Ekspertin sözlərinə görə, bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, pensiya yaşı nə qədər aşağı olarsa, pensiya yaşındakı şəxslərə müavinətlərin ödənilməsi və digər sosial müdafiə məsələləri dövlət büdcəsi üçün bir o qədər böyük yük hesab edilir.
Bununla belə, beynəlxalq təcrübəyə diqqət yetirməyin vacibliyini vurğulayan R.Atakişiyev bildirib:
“Biz beynəlxalq təcrübəyə baxsaq görərik ki, həmin şəxslərin işləyən vaxtı yığılan kapitalları və pensiya yaşına çatdıqdan sonra istifadə etdikləri vəsaitlər, özü əlavə olaraq ümumi daxili məhsulun (ÜDM) genişlənməsinə köməklik göstərir. Yəni burada həmin insanlara pullu xidmətlərin, turizm xidmətlərinin, müalicə-sanatoriya xidmətlərinin göstərilməsi əlavə gəlir imkanları yaradır".
İqtisadçı ölkəmizdə sosial təminat sisteminin daha da təkmilləşdirilməsi üçün özəl pensiya fondlarının yaradılmasının vacibliyinə toxunub. O bildirib ki, Azərbaycanda özəl pensiya fondlarının inkişafına geniş şəkildə ehtiyac var. Bu, əhalinin təkcə icbari pensiyalarla kifayətlənməməsinə, həm də özəl pensiya fondlarının imkanlarından geniş şəkildə istifadə etməsinə şərait yarada bilər. Ekspertin fikrincə, belə bir sistemin qurulması həm də iqtisadiyyat üçün əlavə bir investisiya mənbəyinin formalaşması deməkdir.
Ruslan Atakişiyev vurğulayıb ki, ümumilikdə pensiya məsələsinə və təqaüd yaşına çıxma prosesinə qabaqcıl beynəlxalq təcrübəyə, bazar prinsiplərinə uyğun müasir və mütərəqqi metodların tətbiq edilməsi olduqca vacibdir. Bu metodların sistemli şəkildə tətbiq olunması gələcəkdə mühüm islahatlara yol aça bilər:
“Pensiya sistemində mütərəqqi metodların sistemli olaraq tətbiq edilməsi imkan verər ki, gələcəkdə artıq orta götürülmüş pensiya yaşının həddi aşağı salınsın".
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.