8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
545
22.06.2026, 19:26
Azərbaycanın iqtisadi modelinin əsas hərəkətverici qüvvəsi olan enerji sektoru qlobal bazarlardakı dəyişikliklərə və çağırışlara baxmayaraq, ölkəyə böyük valyuta axını təmin etməkdə davam edir. Xüsusilə son illərdə dünyada yaşanan geosiyasi gərginliklər və Avropanın alternativ enerji mənbələri axtarışı fonunda, rəsmi Bakının reallaşdırdığı strateji xətt respublikanın beynəlxalq arenada çəkisini daha da artırıb. Hazırda reallaşdırılan enerji strategiyası təkcə karbohidrogen resurslarının hasilatı ilə məhdudlaşmır, həm də çoxşaxəli boru kəmərləri şəbəkəsi vasitəsilə regional təhlükəsizliyin təminatçısı rolunu möhkəmləndirir.
Dövlət büdcəsinin formalaşmasında, sosial proqramların maliyyələşdirilməsində və irimiqyaslı infrastruktur layihələrinin icrasında neft-qaz gəlirləri hələ də aslan payına sahibdir. Cari ilin statistik göstəriciləri də bir daha təsdiq edir ki, Azərbaycan xam nefti və neft məhsulları dünya bazarlarında, xüsusən də Avropa məkanında yüksək likvidliyini qoruyur. Bununla belə, qlobal iqtisadiyyatın dekarbonizasiya və "yaşıl enerji" istiqamətinə yönəlməsi, yerli sənayenin də daxili struktur islahatlarını sürətləndirməsini qaçılmaz edir. Hazırkı dövrdə həm mövcud yataqların potensialını qorumaq, həm də neftdən gələn vəsaitləri qeyri-neft sektorunun stimullaşdırılmasına yönəltmək dövlətin ən mühüm hədəflərindən biridir. İxrac portfelinin şaxələndirilməsi və logistik imkanların genişləndirilməsi istiqamətində atılan addımlar ölkənin uzunmüddətli iqtisadi dayanıqlığına xidmət edir. Dövlət Neft Fondunun ehtiyatlarının səmərəli idarə olunması və şəffaflıq prinsiplərinin qorunması isə gələcək nəsillərin rifahı üçün etibarlı zəmin yaradır.
Bu kontekstdə, rəsmi Bakının xarici tərəfdaşlarla qurduğu qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platforması ölkəyə xarici investisiyaların cəlb edilməsində həlledici rol oynayır. Rəqəmlər göstərir ki, cari ilin ilk beş ayında da neft ixracı üzrə dinamika yüksək olub və ölkəyə milyardlarla dollar həcmində vəsait daxil olub. Dövlət Gömrük Komitəsinin rəsmi hesabatlarına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 8,828 milyon ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac edilib. Həyata keçirilən bu ixracın ümumi dəyəri isə 5,121 milyard ABŞ dolları təşkil edib.
Ölkənin mövcud enerji strategiyası, gəlirlərin idarə olunması və qarşıda duran strateji prioritetlərlə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, tanınmış iqtisadçı Akif Nəsirli mövcud mənzərəni və Azərbaycanın hazırkı neft siyasətinin əsas xətlərini şərh edib.
İqtisadçı Akif Nəsirli qeyd edib ki, Azərbaycanın hazırkı neft siyasətinin fundamental xətti hələ də ixracdan maksimum yüksək gəlir əldə etməyə və mövcud yataqlarda hasilat tempini sabit saxlamağa köklənib:
“Hazırda ən böyük prioritetlərdən biri Xəzər hövzəsində hasilatın davamlılığını təmin etmək və qurulmuş mövcud infrastruktur, boru kəmərləri vasitəsilə xam neftin, eləcə də neft məhsullarının əsas istehlak bazarlarına fasiləsiz çıxarılmasıdır. Bununla yanaşı, dövlət gəlirlərinin böyük hissəsinin məhz neft amili üzərində formalaşması, fiskal (büdcə) sabitlik baxımından bu sektordan olan asılılığı qaçılmaz olaraq saxlayır”.
A.Nəsirlinin sözlərinə görə, siyasətin digər mühüm istiqaməti Avropa bazarında etibarlı enerji təchizatçısı rolunun daha da gücləndirilməsi, xüsusilə qaz və neft logistikası üzərindən əldə edilmiş geosiyasi və strateji mövqeyin qorunub saxlanılmasıdır. Lakin ekspert bu yanaşmanın uzunmüddətli perspektivdə müəyyən risklər formalaşdırdığını da diqqətə çatdırıb:
“Dünyada karbohidrogen mənşəli yanacaqlara tələbat tədricən azalır və alternativ enerji trendləri sürətlənir.
Rəsmi səviyyədə iqtisadi diversifikasiya (şaxələndirmə) və qeyri-neft sektorunun inkişafı əsas prioritet kimi bəyan edilsə də, praktikada neft gəlirlərinin büdcə və investisiya sistemindəki üstün çəkisi dəyişməz qalır. Bu isə iqtisadiyyatın struktur asılılığını dərinləşdirən amildir.
Hasilat və ixracdan gələn böyük valyuta axınlarının idarə olunması və şəffaflığı mövzusu daim gündəmdədir. Həmin nəhəng vəsaitlərin uzunmüddətli, dayanıqlı inkişaf layihələrinə çevrilməsi prosesi bəzən gözlənildiyi qədər effektiv nəticə vermir”.
Ümumilikdə, ekspert vurğulayıb ki, hazırkı enerji siyasəti daha çox qısamüddətli dövr üçün yüksək gəlir və geosiyasi mövqe üstünlüyünə fokuslansa da, uzunmüddətli qlobal enerji transformasiyası və çağırışlarına tam uyğunlaşdırılmış hesab edilə bilməz.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.