8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
22.06.2026, 14:50
İyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu24.com-a verilən xəbərə görə, Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri dünən qonaqların Prezident İlham Əliyevlə görüşü zamanı bir sıra mühüm məsələlərin müzakirə edildiyini qeyd edib. Spiker diqqətə çatdırıb ki, bu gün Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.
Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.
Bildirilib ki, ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də məmnunluq doğurur.
Spiker ötən ay Monteneqroda Aralıq Dənizi Parlament Assambleyasının parlament sədrlərinin birinci konfransı çərçivəsində qonaqla görüşünü xatırladaraq, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin mövcud səviyyəsini yüksək dəyərləndirib, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolunu və parlament dostluq qruplarının fəaliyyətini vurğulayıb. O, İordaniya parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.
İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi Azərbaycana səfərə dəvətə və görüşə görə təşəkkürünü bildirib. Dünən Prezident İlham Əliyevlə görüşünə dair təəssüratlarını bölüşən qonaq iki ölkə arasındakı münasibətlərin dövlət başçılarımızın təşəbbüsləri və səyləri ilə inkişaf etdiyini vurğulayıb.
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının əhəmiyyətindən danışan qonaq, bu tədbirin mühüm məsələlərin müzakirəsində vacib platforma olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı Nümayəndələr Palatasının sədri parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb. O, bu səfərin və Azərbaycan parlamentinin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu vurğulayıb.
Həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.