Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda güclü külək gözlənilir - XƏBƏRDARLIQ

Bakıda güclü külək gözlənilir - XƏBƏRDARLIQ

CƏMİYYƏT

118

19.06.2026, 15:16

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, iyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Naxçıvan MR, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Hacıqabul, Samuxda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.