Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
19 İyun 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
83
19.06.2026, 10:43
“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini İlqar Cəlilov İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabenin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib.
Oxu24.com xəbər verir ki, Görüş zamanı “AzerGold” QSC-nin sədr müavini dövlət şirkətinin fəaliyyəti, əldə etdiyi uğurları və ölkə iqtisadiyyatına töhfələri barədə ətraflı məlumat verib. Səhmdar Cəmiyyəti tərəfindən beynəlxalq standartlara uyğun qaydada təşkil edilən geoloji kəşfiyyat, hasilat, emal və mineral resursların idarə olunması istiqamətindəki işləri, hazırda icra edilən və perspektiv inkişaf mərhələsində olan layihələri qonaqların diqqətinə çatdırılıb.
İsmael Nabe çıxışında ölkəsi ilə Azərbaycan arasında iqtisadi və institusional əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, hasilat və geoloji kəşfiyyat istiqamətləri ilə yanaşı, kadr hazırlığı və təcrübə mübadiləsi sahələrində potensial əməkdaşlıq imkanlarına da xüsusi maraq göstərdiklərini qeyd edib.
Qvineyalı nazir ölkəsinin qlobal polad sənayesi üçün strateji əhəmiyyət daşıyan Simandou dəmir filizi layihəsi çərçivəsində təsis edilmiş Akademiyasında dağ-mədən və geologiya üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycanla əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini diqqətə çatdırıb.
Görüşün sonunda tərəflər perspektiv əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və növbəti addımların planlaşdırılması məqsədilə hər iki tərəfdən məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəliblər. Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
15:25 / 19 İyun 2026
2
15:16 / 19 İyun 2026
21
15:16 / 19 İyun 2026
25
15:12 / 19 İyun 2026
25
15:03 / 19 İyun 2026
103
14:55 / 19 İyun 2026
91
14:47 / 19 İyun 2026
154
14:45 / 19 İyun 2026
67
14:45 / 19 İyun 2026
59
14:37 / 19 İyun 2026
71
14:26 / 19 İyun 2026
63
14:16 / 19 İyun 2026
60
14:13 / 19 İyun 2026
75
14:03 / 19 İyun 2026
148
13:59 / 19 İyun 2026
236
13:58 / 19 İyun 2026
78
13:51 / 19 İyun 2026
74
13:46 / 19 İyun 2026
1238
13:40 / 19 İyun 2026
401
13:37 / 19 İyun 2026
76
13:33 / 19 İyun 2026
79
13:20 / 19 İyun 2026
623
13:12 / 19 İyun 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.