Valideynə baxmayan övladlar məhkəməyə verilə bilər
18 İyun 2026, 22:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
118
18.06.2026, 16:52
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Modern.az saytına açıqlama verib.
Oxu24.com xəbər verir ki, qurumdan verilən açıqlamaya əsasən, 2008-ci il təvəllüdlü şəxs (qadın) 16.06.2026-cı il tarixində saat 17:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.
Xəstəyə qəbul olunduğu andan etibarən vəziyyətinin ağırlığı nəzərə alınaraq təxirəsalınmaz tibbi yardımlar göstərilib.
"Qarın, bel və çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, digər kəllədaxili travmalar, boyun nahiyəsinin dəqiqləşdirilməmiş travması, dəqiqləşdirilməmiş pnevmotoraks, ön qol sümüklərinin digər hissələrinin sınığı, bud sümüyünün digər hissələrinin sınığı, bud nahiyəsinin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri müayinə və müalicə tədbirləri həyata keçirilib.
Həkimlər tərəfindən aparılan intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyati funksiyalarını bərpa etmək mümkün olmayıb və 16.06.2026-cı il tarixində saat 20:20 radələrində bioloji ölüm faktı qeydə alınıb", - deyə rəsmi məlumatda qeyd olunub.
TƏBİB-dən verilən məlumata görə, xəstənin xəstəxanaya daxil olduğu andakı vəziyyəti son dərəcə ağır, həyati göstəriciləri qeyri-sabit olub.
"Bu səbəbdən xəstənin KT (kompüter tomoqrafiyası) müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb.
Əlavə olaraq bildiririk ki, radioloji tibbi xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə TƏBİB tərəfindən müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.
Əsas prioritet bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz edilməsi deyil, pasiyentlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində vahid radioloji tibbi xidmətlərin göstərilməsi üçün şəraitin yaradılmasıdır".
Məlumat üçün bildirək ki, qəzada həyatını itirən şəxsin tanınmış hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyeva olub.
22:08 / 18 İyun 2026
5
22:05 / 18 İyun 2026
24
21:55 / 18 İyun 2026
41
21:07 / 18 İyun 2026
66
20:46 / 18 İyun 2026
75
20:31 / 18 İyun 2026
185
20:19 / 18 İyun 2026
77
20:14 / 18 İyun 2026
98
20:02 / 18 İyun 2026
570
19:56 / 18 İyun 2026
96
19:38 / 18 İyun 2026
71
19:33 / 18 İyun 2026
166
19:25 / 18 İyun 2026
89
19:07 / 18 İyun 2026
86
19:03 / 18 İyun 2026
490
19:00 / 18 İyun 2026
532
18:52 / 18 İyun 2026
198
18:30 / 18 İyun 2026
85
18:22 / 18 İyun 2026
101
18:12 / 18 İyun 2026
96
18:00 / 18 İyun 2026
101
17:48 / 18 İyun 2026
123
17:44 / 18 İyun 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.