İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
18 İyun 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
139
18.06.2026, 15:14
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin MyQrant layihəsinin dəstəyi ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən hazırlanmış “Zəngilər” adlı qısametrajlı film və eyniadlı kitabın təqdimatı 7 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə ASAN könüllüləri ilə yanaşı, MEDİA Könüllüləri, “Ailəm” Könüllüləri və "Könüllü gömrükçü" dəstəsinin üzvləri də iştirak ediblər.
Tədbirin açılışında çıxış edən “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, jurnalist Aida Eyvazlı Göytürk bildirib ki, “Azərbaycan mədəniyyətində Zəngi tayfalarından qalmış ənənələr və yurdlar” layihəsinin əsas məqsədi türk tarixinin az araşdırılmış səhifələrindən biri olan Zəngi tayfalarının tarixi irsini öyrənmək, yeni elmi məlumatları ictimaiyyətə təqdim etmək və bu istiqamətdə araşdırmaları təşviq etməkdir.Sonra “Zəngilər” qısametrajlı filmi nümayiş olunub.
Gənclərə təqdim edilən “Zəngilər” kitabında və eyniadlı filmdə Zəngi tayfalarının tarixi ilə bağlı geniş məlumatlar yer alıb. Nəşrdə və filmdə türkoloq professor Firudin Cəlilov, AMEA-nın baş elmi işçisi Zaur Əliyev, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori və misirli tədqiqatçı Əhməd Tarabikin araşdırmalarına istinad olunaraq Zəngi tayfalarının tarixi, mədəni irsi və türk dünyasındakı rolu haqqında ətraflı məlumat verilib.
Kitabın redaktoru Vəli Əkbər, tərtibatçıları isə layihə rəhbəri Aida Eyvazlı Göytürk və Ülkər Eyvazovadır. Qısametrajlı filmin quruluşçu rejissoru Vüsal Orucovdur.
Tədbirin keçirilməsində məqsəd qədim köklərimiz və tariximizi, Zəngəzur bölgəsindən çıxan qəhrəmanların izlərini onlara xatırlatmaqdır.
20:31 / 18 İyun 2026
22
20:19 / 18 İyun 2026
29
20:14 / 18 İyun 2026
67
20:02 / 18 İyun 2026
217
19:56 / 18 İyun 2026
75
19:38 / 18 İyun 2026
58
19:33 / 18 İyun 2026
140
19:25 / 18 İyun 2026
73
19:07 / 18 İyun 2026
78
19:03 / 18 İyun 2026
285
19:00 / 18 İyun 2026
381
18:52 / 18 İyun 2026
156
18:30 / 18 İyun 2026
61
18:22 / 18 İyun 2026
88
18:12 / 18 İyun 2026
87
18:00 / 18 İyun 2026
93
17:48 / 18 İyun 2026
109
17:44 / 18 İyun 2026
142
17:40 / 18 İyun 2026
92
17:36 / 18 İyun 2026
93
17:34 / 18 İyun 2026
81
17:28 / 18 İyun 2026
106
17:25 / 18 İyun 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.